«Rədd olsun imperiya...»
Səməd Seyidovdan parlamentdə tarixi çıxış
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
Delyaginə cinayət işi açıldı
Baş prokurorluq Bakıya nüvə zərbəsi endirməyə çağıran rusiyalı deputat beynəlxalq axtarışa verdi
-
“Qəbuledilməz və məsuliyyətsiz bəyanat”
Rusiya rəsmiləri teleşou havasına girmiş deputatı məzəmmət ediblər
-
Rus dili kriteriyası
Kreml kimlərə “həmvətən” demək istəyir
-
Qiyamət əvvəl beyinlərdə baş verir...
Ukraynaya salınan odun tüstüsü Rusiyadan çıxmağa başlayıb
-
Kreml, küçüyünü ayağına bağla...
Biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə cavab verməyin yolunu bilirik
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiyası Dövlət Dumasında Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.
S.Seyidov bildirib ki, V. Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: «Heç olmasa bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm «Azərbaycanın müstəqilliyi dönməzdir» deyən ümummilli lider Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur.
O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində, İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb».
S. Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: «Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: «İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!»».
Onun çıxışı deputatların alqışı ilə qarşılanıb.