«Əmi mən Xocalı qaçqınıyam»
Balaca qızın göz yaşları...
Nizami MƏMMƏDZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstanbulda virtual müharibə
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
«Bunu heç vaxt unutmayacağıq»
İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib
-
«O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm»
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
-
«Azərbaycan cəmiyyətində bir konsensus var...»
Səfirimiz Elçin Əmirbəyovun Fransız dilində səlis danışığı parisli radio aparıcısnı və dinləyiciləri valeh etdi
-
Parisə uzanan yol...
Fransaya səfər Ollandla sağollaşmaq mahiyyəti daşıyır
-
«Qətliamı xatırlayaraq»
«The News»: «Ermənistanın Xocalı soyqırımına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır»
-
Fransada erməni lobbisini sarsıdan konfrans
«Azərbaycan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər»
-
TBMM-dən Xocalı bəyanatı
Türkiyə parlamentinin millət vəkilləri soyqırımı yekdilliklə qınayib
-
Saakyan 2030-u hədəfləyib
Separatçıların İrəvanla növbəti təxribatçı həmrəyliyi
-
Qanlı 26 fevraldan 25 il ötür
Erməni işğalçılarının törətdiyi Xocalı soyqırımından ildönümüdür
-
«Demək istədiklərimizi yığcam şəkildə dünyaya çatdırırıq»
Əli Həsənov: «İstəyirik ki, bütün bəşəriyyət Xocalı soyqırımını törədənlərə nifrət etsin»
-
Senat soyqırımı tanıyacaqmı?
İtaliya parlamentində Xocalı müzakirələri
-
Erməni həyasızlığına cavab
Ayaz Mütəllibov: «Xüsusi rabitə ilə Xankəndinə zəng vurub dedim ki...»
-
Antaliyada mühüm Xocalı çağırışı
«Xocalı Soyqırımı: Türk dünyasınını acıları, problemləri və həlli yolları»
Bir dəfə Bakıya gedəndə bir qız uşağına rast gəldim. Orta məktəbdə oxuduğunu bildirdi. Avtobusda oturub özü üçün dərin düşüncələrə dalmışdı. Hiss etdim ki, nəsə bir dərdi var. Bu, məni çox düşündürdü. Avtobus növbəti dayanacaqda dayandı və sürücü bir saat fasilə olduğunu və günorta yeməyini yemək üçün dayandıqlarını elan etdi. Bütün sərnişinlər qarşıdakı yeməkxanaya getmək üçün maşından düşdülər. Mən də düşdüm və geriyə boylanıb bu qız uşağının düşmədiyini görüb öz-özümə düşündüm ki, bəlkə pulu yoxdu yemək yeməyə. Ona görə də geri qayıdıb onu yeməyə dəvət etdim. Qızım yaşında olan bu qız uşağı utandığından qızardı. Təklifimə etiraz etdi. Lakin mən israr etdim və onu yenə dəvət etdim. Utana-utana yanıma düşüb yeməkxanaya gəldik. Mən yemək və çay sifariş verib qıza diqqət etdim. O, sakitcə dayanıb yerə baxırdı. Mən hiss edirdim ki, nəsə mənə deməyə sözü var. Heç nə soruşmadım. Yeməyi yedikdən sonra çay gəldi və biz çay içib ayağa qalxdıq. Qız qarşıdakı tut ağacının altına qoyulan stulların birində oturdu. Mən də oturdum. Və birdən qızın göz yaşları sel kimi dizinə tökülməyə başladı. Sakit səslə ağlayırdı. İçim parçalanırdı.
- Qızım, sənə nə oldu, - deyə soruşdum.
- Əmi, mən Xocalı qaçqınıyam, - deyə yenə də göz yaşlarını tökdü. Əlindəki dəsmal ilə gözlərini siləndən sonra ailəsi haqqında danışmağa başladı.
- Atamı meşədə ermənilər diri-diri yandırdılar. Gözlərim önündən onun qışqırtısı hələ də getmir. Hara gedirəmsə, hara baxıramsa, atamı görürəm. Anam da meşədə azdı. Bəlkə qur-quşa nəsib oldu, bilmirəm. Mən də dağlar ilə Borçalı meşələrinə qaçdım. Arxamdan güllə səsləri gəlirdi. Nəhayət azərbaycanlıların yaşadığı bir kəndə gəlib çıxdım. Onlar məni saxladılar, çörək verdilər. Mən borçalıların bu yaxşılığını heç vaxt unutmayacam. Bu gün isə Bakıya gedirəm. Qohumalarım orada yaşayırlar. Bir neçə il keçdikdən sonra soraqlaşıb tapdıq.
... O qızı bir daha görmədim. Bakıda avtobustan düşüb Bakıxanov qəsəbəsinə getdi. Düşünürəm ki, Xocalı soyqırımını yada saldığımız bu günlərdə o qız yenə dərdli-dərdli ağlayır. Ona təskinlik verirəm. Bəlkə mənim bu yazımı oxudu. Ona demək istəyirəm ki, bu böyük dərd hamımızın dərdimizdir. Bu dərdi heç vaxt unutmayacağıq!...