vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
00:03 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevdə yeni etirazlar

Aksiya iştirakçıları Donetsk və Luqanskın blokadaya alınmasını tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.

APA-nın verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər. Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.

Dünən Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb.

Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd «beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması»dır.

Yeri gəlmişkən, daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk «xalq respublikaları»nın pasportlarını rəsmi olaraq tanımır.

Onu da xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin tanınmayan «DXR» və «LXR»in pasportlarının tanınması barədə fərmanını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.