Azərbaycandan yenilik - «Zərbə»
Yeni pilotsuz uçuş aparatlarının istehsalına başlanılır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Zərbə» sınaqdan çıxdı
Azərbaycanın uğurlu ixtirasına qarşı Ermənistan cəbhədə yenə keyfiyyətsiz pilotsuz döyüş aparatı tətbiq etdi
-
Daha bir PUA düşürüldü
Dövlət sərhədində Ermənistana məxsus pilotsuz aparat məhv edilib
-
Bu dəfə ələ keçirildi
Xususi üsulla endirilib
-
Daha bir PUA məhv edildi
Düşmən ən primitiv uçuş aparatlarından istifadə edir
-
Düşmən PUA-sı düşürüldü
Məlumatı Müdafiə Nazirliyi yayıb
-
2017-ci ildə Azərbaycanda daha iki növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə hökumətdən məlumat verilib.
«Qısa müddət ərzində yaradılmış «Zərbə» pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır», - deyə məlumatda bildirilir.
2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, «Matador» və «Marauder» tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ «Orbiter» tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.
«2016-cı ildə müdafiə sənayesi üzrə məhsul istehsalının ümumi həcmi 272,6 mln. manat təşkil edib və proqnoza 100,2 faiz əməl edilib. Ümumi məhsul istehsalının həcmi 2010-cu ilə nisbətən 3 dəfə artıb», - deyə məlumatda bildirilir.
Ötən il müdafiə təyinatlı məhsullar (ümumi dəyər 233,4 mln. manat) ümumi məhsul istehsalının 85,6 faizini, mülki təyinatlı məhsullar (ümumi dəyər 39,2 mln. manat) ümumi istehsalın 14,4 faizini təşkil edib. Müdafiə təyinatlı məmulatların istehsal həcmində 2015-ci illə müqayisədə 1,8 dəfə artım olub.
Hesabat ilində bağlanmış müqavilələr üzrə 156 mln. 397,7 min manat məbləğində müxtəlif müdafiə təyinatlı məmulatlar istehsal edilib.