vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
PROBLEM  
15:46 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 4085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnsanla həyatın qarşılıqlı həyasızlığı»

Bu yazı intihara qarşıdı

İlqar RƏSUL

2011-ci ildə intihar etmək üçün bütün səbəblərim var idi. Hansı tərəfə çevrilirdim həyat öz əli ilə kəndiri boğazıma keçirdib kətilin üstünə dəvət edirdi məni. Amma mən,- yox, gör daha nə dərdin var, onları da yığ çiynimə, onsuz da təslim olmaq fikrim yoxdu- deyib ciddi cəhdlə çökmək üçün ətrafımı saran səbəblərin arasında qalxmaq üçün bəhanələr axtarıb tabır, yaşamaqda davam edirdim.

Buna «insanla həyatın qarşılıqlı həyasızlığı» da demək olardı. Problemlərdən bir anlıq yaxa qurtarıb nəfəs dərməyə belə imkan vermirdi həyat. Ya əvvəlki problemi daha da dərinləşdirir, ya da üstünə yenisini əlavə edirdi hər gün, hər saat. Sonda mən bir addım da irəli gedib problemləri məsxərəyə qoydum öz içimdə. Qəlbimdəki «şeytana» – «Alınmayacaq, yorma özünü, çəkil get tayını tap» - deyirdim dayanmadan...

Sonda çox gözəl, işıqlı bir səhər açıldı. Suyu süzülə-süzülə çəkilib getdi poblemlər. Və həmin səhərlərin birində, yaşda məndən böyük olan bir qohumum mənə dedi ki, «mən inanmırdım bütün bunlara dözə biləcəyinə». Mən də ona – «dözməkdən başqa variantım yox idi mənim, çünki çökən tək özüm olmayacaqdım, doğmalarım, yaxınlarım da batacaqdılar», - dedim.
P.S. İntihar etmək barədə düşünəndə əvvlcə onu xayalınızda edin və doğmaların, yaxınların halına baxın, sonra ağlınızı başınıza yığın və gedin yaşayın. Özünüz üçün alınmırsa, yaxınlarınız üçün yaşayın bir müddət. Sonra hər şey yoluna düşəndə həm də özünüz üçün yaşayarsınız.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)