vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
12:46 | 30 mart 2017 | Cümə axşamı Məqaləyə 3569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şərq bazarı» söküləcək?

Nazirlik təkzib etdi

Gülnar ƏLIYEVA

«Şərq bazarı»nın tarixi memarlıq abidəsi olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov virtualaz.org-a bununla bağlı hər hansı müraciətin olmadığını dedi.

«Müvafiq qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır. «Şərq bazarı»nın sökülməsi ilə bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb», - deyə V. Şıxməmmədov bildirdi.


***


11:04

Bakının Nərimanov rayonu ərazisində yerləşən «Şərq bazarı» söküləcək.

Bu haqda məlumatı musavat.com yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: «Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də «Şərq bazarı», böyük ehtimalla, plana düşəcək... Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcəklər».

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu da qeyd edib.