Bu gün Bakı Şopinq Festivalına start verilir
Ölkə vətəndaşlarına da verişinə «tax free» sistemi tətbiq ediləcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«O, gəncliyimizin idealı idi»
«Mərkəzi Komitə əsərin nəşrinə icazə vermirdi ...»
-
Bayram baha başa gəlir
8 mart gəlməmiş güllərin və hədiyyələrin qiymətindəki artım özünü göstərməyə başlayıb...
-
Bu gün Bakı Şopinq Festivalı başlayıb. Virtualaz.org xəbər verir ki, festivalın keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Festivalın başlaması ilə bağlı bu gün İçərişəhərdə şou-proqram keçiriləcək.
Şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilər çıxış edəcəklər.
Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə «tax free» sistemi tətbiq ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası «Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası»nı təsdiq edib. Bu qayda aprelin 8-də qüvvəyə minib.
Sonda onu da qeyd edək ki, Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların siyahısı da açılanıb. Bildirilir ki, müştərilər mayın 10-dək «İdeal», «Soliton», «Next», «Carlo Pazolini», «Mango», «Albatros», «Celio», «Emporium Young», «Emporium Man», «Escada», «Scoop», «Tods», «Emporio Armani», «Guess», «Corneliani» və «VIP Aviasiya Xidmətləri» mağazalarında alış-veriş edə bilərlər.