vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
21:54 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Etimad sarsılıb»

Səməd Seyidov: «AŞ PA artıq heç kimi müdafiə edə bilmir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov virtualaz.org-a təşkilatın sədri Pedro Aqramuntun Suriyaya özbaşına səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Aqramntun bu addımı AŞPA üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər. Yarandığı 1949-cu ildən bəri təşkilatda analoji heç bir hal baş verməyib.

Xatırladaq ki, Aqramunt Rusiya Dövlət Duması üzvləri və bir sıra digər AŞPA deputatları ilə birlikdə mart ayının sonarında Suriyaya səfər edib. Səfər çərçivəsində onların Suriya prezidenti Bəşər Əsədlə görüşü baş tutub. Bundan əlavə, nümayəndə heyəti Rusiya Hərbi-Kosmik Qüvvələrinin Hmeymimdəki bazasında olub və burada Qarşıduran tərəflərin barışdırılması üzrə Mərkəzin fəaliyyəti ilə tanış olub.

Avropalı deputatlar hesab edirlər ki, Aqramunt öz planları ilə bağlı AŞPA-nın müvafiq strukturlarını xəbərdar etməməklə səhvə yol verib və bu, təşkilatın prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bununla birgə, Səməd Seyidov AŞPA sədrinin hərəkətlərində çox əhəmiyyətli bir qəbahətin olmadığını da bildirib:

«AŞPA-da impiçment proseduru yoxdur, həmçinin Aqramunt hərəkətlərinə görə üç dəfə üzr istəyib. Lakin bütün bunlara baxmayaraq, deputatlar onun istefasında israrlıdırlar. Qərara alınıb ki, bu məsələyə növbəti iclasda baxılsın və mən məsələnin nə ilə bitəcəyinə dair proqnoz verməkdə çətinlik çəkirəm. Hələlik yalnız bir şey aydındır: AŞ PA artıq heç kimi tam həcmdə müdafiə edə bilmir, ona olan etimad isə xeyli sarsılıb», - S.Seyidov deyib.