
Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Hollandiyada seçki öncəsi ifrat sağçılar yüksəlişdə
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Bu gün ölkənin ana axın mediası iqtisadi islahatların gərəkliyindən danışmır. Dünyanın bu yöndəki müsbət təcrübəsi haqda məlumat vermək əvəzinə, onu gözdən salmaqla məşğuldur.
Xəbər mediasının son dörddə bir əsrdə nə qədər geriləməsinə aid bir örnək deyim. Hələ SSRİ tam dağılmamış vaxtlar - 1991-1992-ci illərdə Bakıda gördüyüm tək döşəməsiz binada yer-ləşən «Azadlıq» qəzeti dünya ölkələrinin iqtisadi islahatlar təcrübəsinə aid silsilə məqalələr verirdi. Sinqapur, Cənubi Koreya, Hollandiya, Almaniya... Bu ölkələrin seçdiyi yolların fərqi, mənfisi, müsbəti, çətinlikləri, alınan nəticələr qəzetin imkan verdiyi formada oxucuya çatdırılırdı. Dünya ilə o vaxtkı əlaqə çox primitiv idi. Xariclə məhdud və bahalı telefon bağlantısı, bir də kitabxanaların abunə olduğu qəzet-jurnallar, illərlə nəşriyyatda ləngiyən kitablar. Buna baxmayaraq, ölkə jurnalistikasında dünyanı öyrənmək, oxucuya dünya haqda mümkün olan qədər düz məlumat çatdırmaq cəhdi vardı.
Bu gün informasiya texnologiyaları imkan verir ki, sutka boyu dünyada gedən iqtisadi proseslər izlənilsin. Tokiodan tutmuş Nyu-York birjasına qədər səhm, istiqraz, foreks, xam-mal, qiymətli metal bazarlarında ən kiçik hərəkət anında qeydə alınsın. İndi media iqtisadiy-yatı təkcə passiv izləməyə yox, həm də birjalara aktiv qoşulmağa imkan verir. Artıq konver-gensiya baş verib. Telefon, kompüter, qəzet, biznes çalışmaları, iqtisadiyyat - hamısı bir-birinin içindədir.
Bu texnika bizə çoxdan gəlib. Hamıdan əvvəl, axırıncı modeli. Bəs bu gün Azərbaycanda son dəb texniki avadanlıq və gözəl ofislərlə təmin olunan xəbər mediası oxucuya nə çatdırır? Bir ton titulu olan iqtisadiyyat ekspertinin 30 saytda yayımlanan, mahiyyətcə islahat tərəfdar-larını gözdən salmağa yönələn yazılarını. Dünyaya iqtisadiyyat idarəçiliyi öyrətmək ədası ilə.
Media başbilənləri özləri üçün yalançı bir dünya modeli də qurublar. Guya, bu dünyada in-formasiya müharibəsi gedir. Bunlar da o müharibədə qəhrəmanlıqla vuruşurlar. Az qalırlar şəhid olsunlar. Bu dünyada böyük xalqlar var ki, Azərbaycan bir yaxşı stadion tikən kimi paxıllığından çatlayır. Onlar birləşib vahid mərkəz yaradıb Azərbaycana qarşı müxtəlif hiylələr qururlar. Media qəhrəmanları da bu hiylələrin üstünü vaxtında açmasa, dövlət əldən gedər.
Hə bir funksiyaları da adamların gözünü dəyişikliklər ilə qorxutmaqdır. Guya, vəziyyəti dəyişmək üçün bircə addım atılsa, bu balaca ölkədə hər şey bir-birinə dəyər. Bu da qurama arqumentdir. Hindistanın baş naziri Modi 1 milyard 250 milyon əhalisi olan ölkədə radikal iqtisadi islahatlar aparır ki, zamanla ayaqlaşa bilsinlər. Ənənələrin əsiri olmuş bu ölkədə qadınların işə aktiv qəbulu proqramına başlayıb. Təkcə bu proqram ölkənin ümumi daxili məhsulunun 3 trilyon dollaracan artması ilə nəticələnə bilər. Modinin partiyası parlamentin aşağı palatasında azlıqdadır. Bununla belə, islahat fikrindən daşınmır. Adətən tək partiyanın hakimiyyəti islahat proqramının daha asan qəbul olunmasına yol açır. Yəni bizim medianın, guya sabitliyin, dövlətçiliyin keşiyində duran bir poza alması, islahatları gözdən salması nə dünya təcrübəsi baxımından başa düşüləndir, nə adi məntiq baxımından.
Onlarla mövzu var ki, bunlar diskussiyaya çıxarılmadan normal iqtisadiyyat qurmaq mümkün deyil. Ölkənin maliyyə bazarı xarici bankların üzünə açılmalıdırmı? Bu kredit faizlərinin aşağı düşməsinə səbəb olarmı, kənd təsərrüfatına təkan verə bilərmi? Onları ölkəyə gətirmək üçün hansı təcrübə daha uyğundur? Macarıstan kimi onları birbaşa kredit bazarına buraxmaq, yoxsa Çexiya kimi «öz bankı» edib sonra buraxmaq? Kənd təsərrüfatının kreditlə təmin olunması ilə iş bitirmi, yoxsa ixrac proseduru sadələşməli, gömrük siyasəti dəyişməli, şəffaflaşmalıdır? Sərmayəni qorumaq üçün hansı islahatları aparmalı? Hüquq sistemini buna necə hazırlamalı?..
Mən də durub mediamız haqda ciddi-ciddi söhbətlər eləmək istəyirəm. Medianın bugünkü vəziyyəti mənə yox, komediya ustalarına daha yaxşı materiallar verər.