
FED gözləntiləri səhmlərə təsir edir
Zəif iqtisadiyyat qlobal bazarlarda istiqrazları sıxır
Zəif iqtisadiyyat qlobal bazarlarda istiqrazları sıxır
Neft ABŞ-Çin danışıqlarından sonra tarazlıq axtarır
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Qiymətlər 4 ilin minimumunda çox qalmadı
OPEC+ qərarından sonra neft proqnozları aşağı düşüb
ABŞ prezidentinə ucuz neft niyə lazımdır
Səudiyyə Ərəbistanı aşağı qiymətlərə uzun müddət davam gətirəcəyini deyir
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
Neft son 4 ildə ilk dəfə bu qədər ucuzlaşıb
ABŞ-İran danışıqları qara qızılın qiymətinə mənfi təsir edir
Neft qiymətlərinə bir neçə amil təsir göstərir
Trampın açıqlamaları qiymətləri qaldırıb
Çinin xəbərdarlığı və Yaponiyanın baş nazirinin açıqlaması qara qızıla təsir edir
Ticarət müharibəsi tələbi vurduqca neft geri çəkilir
ABŞ neft ehtiyatları artıb, amma anbarlardakı yanacaqsa azalıb
Amma dünənki maksimuma çatmayıb
Avstrailiyanın «FAR limited» enerji yataqları üzrə kəşfiyyat şirkəti Afrikanın qərbində Seneqal sahillərində 3D seysmik axtarış metodu ilə 1,5 milyard barrel ehtiyatları olan nəhəng neft yatağı aşkarlayıb. Bu göstərici ilkin proqnozlardan təxminən 50 faiz daha yüksəkdir. Belə ki, SNE yatağının ilkin araşdırma mərhələsində neft ehtiyatları həcmi təxminən 700 milyon barel qiymətləndirilirdi.
Ümumilikdə, «FAR limited» şirkətinin bu yataqda payı 234 milyon bareldir ki, bu da ümumi yatağın 15 faizini təşkil edir.
Ötən ay şirkət Seneqal sahilləri rezervlərini 641 milyon barel qiymətləndirərkən hələ bu hövzəni «dünyanın neft və qaz axtarışları üçün ən cazibədar yerlərindən biri kimi» qələmə vermişdi. Və bunun nəticədə özünü təsdiqləməsi çox vaxt tələb etmədi. Yataqdan hasilat 2022-ci ilə planlaşdırılır. İlkin olaraq gündəlik maksimum hasilat 140 min barrel nəzərdə tutulub. Hövzədə beşinci dərəcəli bir araşdırma həyata keçirən Avstraliya şirkətinin bildirdiyinə görə, kommersiya xarakterli hasilat başladıqdan sonra qazma və istehsalat xərclərinin aşağı düşməsinə görə hasilatın həcmi artacaq.
Yeni yatağın aşkarlanmasından sonra dünya enerji sənayesinin diqqəti Seneqal sahillərinə yönəlib. Hələ bu bölgədə 2013-cü ildə iki çox uğurlu və vacib kəşfiyyat layihəsi həyata keçirən şotland şirkəti «Cairn energy» iki həftə əvvəl üçüncü qazıntı proqramının başlaması üçün hazırlaşdığını bəyan etdi. SNE yatağı bu proqram çərçivəsində qazılacaq hövzələrdən biri idi. Nəzərə çatdırmaq lazımdır ki, «Cairn energy» şirkətinin SNE haqqında proqnozunda bu yataqdakı neft ehtiyatları 274 milyon – 900 milyon barel arasında qiymətləndirilirdi.
BP də Seneqalı diqqət mərkəzində saxlayan nəhənglərdən biridir: Keçən ay şirkət elan etmişdi ki, «Kosmos energy» şirkəti ilə dənizdəki iki ofşor blokun daxil olduğu 32,49 faizlik payın alınmasına dair razılıq müqaviləsi bağlayıb. BP şirkətinin CEO-su Bob Dadli (Bob Dadley) Afrikanın qərb sahillərini – Seneqal və Mavritaniya bölgəsini «dünya miqyasında inkişafda olan hidrokarbon hövzəsi» adlandırdı.
SNE yataqlarında paylar şirkətlər üzrə «ConocoPhilips» (ABŞ) – 35 faiz, «Cairn energy» (Böyük Britaniya) – 40 faiz, «FAR energy» (Avstraliya) 15 faiz və «Petrosen» (Seneqal dövlət neft şirkəti) – 10 faiz nisbətində bölünüb.