vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
10:56 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Palata banklara xəbərdarlıq etməlidir

(kollektorlarla əməkdaşlıq yol verilməzdir!)

Əkrəm HƏSƏNOV

Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm (dərc edirəm).

Bu günlərdə Palatanın Hüquqi təminat idarəsinin rəisi bildirmişdi ki, kollektorların fəaliyyəti qanunsuzdur. Çünki onlara borclular haqda məlumatı ötürməklə banklar bank sirrini pozur («Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur»). İndiyədək bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya borclular haqda məlumatı kollektorlara məhkəmə prosesində təmsilçilik üçün verirlər (reallıqda isə kollektorlar insanlara hədə-qorxu gəlir və digər yollarla təzyiq edirlər). Lakin məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Buna görə də Palatadan banklara bu barədə preventiv qaydada xəbərdarlıq etməyi xahiş etmişəm. Bu, ilk növbədə bankların özünə lazımdır. Əks halda, bank sirrini pozduqlarına görə yeni ildə çoxsaylı məhkəmə iddiaları, habelə Palatanın sanksiyaları ilə üzləşə və nəticədə maddi zərərə məruz qala bilərlər. Bu da bankların vəziyyətini daha da ağırlaşdıra bilər.

P.S. Bir daha borcluların nəzərinə çatdırıram ki, kollektorların onlara zəng etmək, harasa dəvət etmək və s. hüququ yoxdur! Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil). Qorxmayın, çəkinməyin! Kollektorların qanunsuz fəaliyyətinə rəvac verən məhz sizin qorxu hissinizdir. Onlar heç kimdir! Bunu onlara bildirin, yerlərində otuzdurun və bu halda onlar banklara da lazım olmayacaq.

P.P.S. Borclular! Yeni ildən başlayaraq isə sizə borcla bağlı bank işçisi və ya vəkil olmayan şəxs zəng etsə, bankı dərhal məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)