vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
17:47 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 2781 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tozlu havada liftə minməyin fəsadları...

Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar ölkədəki hadisələrə, ayrı-ayrı yerlərdə, bir-birindən fərqli, müxtəlif zamanlarda baş verən proseslərə yalnız bir ad vermək olar, absurdluq.

Artıq hər bir şey normallıqdan kənar görünür, məntiqi axardan çıxır. Qəbiləliklər baş alıb gedir.

Lap elə, məşhur amerikalı yazıçı Cozef Hellerin “Maddə 22” romanında baş verən hadisələr kimi.

Məsələn, Bakıda törəyib artan tozun miqdarı ilə, binalardakı liftlərdən yıxılıb şil-küt olanların sayı düz mütənasib şəkildə artır.

Nə kimi iqlim proseslərindən, hansı coğrafi mövqeyindən, ekoloji pozuntulardan, küləyin istiqamətindən asılı olmayaraq, havaya çökən bu tozları yalnız, son illər ərzində müşahidəedilməkdədir.

Havanın birdən-birə bu cür korlanması tənəffüs yollarında, bronxlarda, ağciyərlərdə problemlərə səbəb olur, geriyədönməz dəyişikliklər yaradır. Əvvəllər astmadan əziyyət çəkmiş insan kimi,birdən-birə 2,8 dəfə artmış toz qatı nəfəsimdə ağırlaşmalar yaradır və məni olduqcanarahat edir.

Digər sual doğuran məqam, liftlərin, insanları mərtəbələr üzrə mənzillərə aparmalı olan bu qurğuların, müxtəlif yerlərdə dalbadal qırılması, insanlara zərər vurması, zədələməsidir.

Ekspert rəyinə görə, liftlərin istifadə müddəti ən azı 25 il müəyyən olunsa da, onların “novostoyka”larda, yeni tikilmiş yaşayış binalarında sıradan çıxması bir sıra haqlı suallar yaradır.

Son bir neçə il ərzində tikilmiş binalardakı lift nasazlığına görə görəsən kimlər məsuliyyət daşıyır?

Və biz, bu tozun və liftin qorxusundan evdən küçəyə-bayıra çıxmayaqmı?

Qeyri-adi görünən digər hadisə Xətai rayonunda baş verib. Orada,  tozun təsirindənmi, ekololoji pozuntudanmı, lift nasazlığındanmı ya başqa səbəblərdən, 6 nəfər qaldırıcı krana çıxaraq intihar etməyə cəhd etmişdir. Xoşbəxtlikdən hər şey yaxşı qurtarıb və Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarıonlarla psixoloji söhbətlər edərək vətəndaşları həyatlarına qəsd etmək fikrindən daşınıdırıblar.

Daha bir qəribə məlumata görə, Bakıda zibil qutularının birindən tatiurovkalı əl tapılıb. Bununla bağlı, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə sorğu göndərilib və Rusiya polisi mərhumun barmaq izlərindən onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Son vaxtlar informasiya saytlarında, sosial şəbəkələrdə ilk və son baxışda məntiqsiz, absurd görünən başqa bir hadisə, pul vahidindən, yəni manatdan oyun kartı kimi istifadə olunması, müxtəlif fokuslar göstərilməsi, otaqda, hamamda başa səpilməsi videolarının yayılmasıdır.

Absurdluq mövzusunun davamı olaraq əlavə edim ki,  gündəlik xəbərlər içərisində, təbəssüm yaradan, əhvalı yüksəldən, insanı pozitiv istiqamətə yönəldən hadisələr də az deyil.

Məsələn elə götürək, İran azərbaycanlılarının musiqiçi Əlireza Şərifzadənin "Səni deyirlər" mahnısının sədaları altında baş verən rəqs görüntülərini. Bu proses sosial şəbəkələrdə, “İnstagram”da, “Youtube” video portalında bütün izlənmə rekordlarını qıraraq sürətlə yayılır. Musiqi parçası artıq bir trendə, fenomenə çevrilib. Dünyanın müxtəlif yerlərində yaşayan yüz minlərlə azərbaycanlılar həvəslə öz rəqs videoları ilə Güneyli azərbaycanlıların başlatdığı bir kampaniyaya qoşulmaqdadırlar. Şimallı, cənublu bütün ölkə həmrəy olaraq baş-başa verib dingildəyir, rəqs edir, ətrafa müsbət enerji saçırlar.

Maraqlısı odur ki, mahnın sözlərinin tanınmış şair Şəhriyar delGeraniyə məxsus olduğu iddia olunub. Sonda, həmin şerin orijinal variantından bir beyti nəzərdən keçirək.

 

Urmiya dəryası nə üzməlidir,

Ay quş olub üstündə süzməlidir,

Urmiya qızları nə sevməlidir,

Sevməli deyirəm - səni deyirlər

Ölməli deyirəm - səni deyirlər...

 

Gördüyünüz kimi, yazını şerlə başlayıb, şerlə də bitirdim. Hamınızatəmiz hava, saz lift və çoxlu pul arzu edirəm.

Vüsal BAĞIRLI

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)