

... Yaxud Mehman aksiyasının yekunu
... və MDB liderlərinin nəzərə almadığı məqamlar...
“Əgər intizamlı deyilsə, içib işə gəlirsə, işdən qalırsa, bu necə nazirdir?”
Lukaşenko: “Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq”
Lukaşenko: “Bizi ya diz çökdürəcəklər, ya da …”
Lukaşenko: «Seçicilərin 80 faizdən çoxu hökmün qalmasına səs verib»
«Şərq tərəfdaşlığı»nın Brüsseldə növbəti sammiti başlayır
KİV və kütləvi aksiyalar haqqında qanunlara dəyişikliklər hazırlanır
Lukaşenko Azərbaycana yeni silahlar satacaqlarına eyham vurdu: «Özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur»
Lukaşenko Zakir Həsənova: «Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik»
Lukaşenko ilə yaxınlıq edən nüfuzlu azərbaycanlı oliqarxlar ...
Aleksandr Lukaşenko: «Onun vətəndaşı olduğu 3 ölkənin heç biri onunla bağlı iddia qaldırmadı»
«Biz də araşdırmağa başladıq və çox maraqlı şeylər üzə çıxdı»
«Ermənistandan Avropaya radioaktiv maddə aparılıb»
«Lukaşenko meşəyə göbələk yığmağa getsə, və onunla əlaqə 24 saatlıq kəsilsə, ...»
«Rusiya Limpopoya müdaxilə edib, Ayboliti prezident qoyub...»
Dünən kiçik qapalı dairədən yazdım. (Mövzu o idi, qırağa çıxmadım.) Aktivistlərin bəzilərinin beyni davam gətirmədi. Möhkəm durun, zəlzələnin balını artırıram. İndi böyük qapalı dairədən yazacam.
Qərbin inkişaf modelini, siyasi modelini örnək götürdüyümə görə, çoxları elə bilir Qərb hökumətlərinə münasibətim yaxşıdır. Xeyr, siyasətçilərə demokratiya hakimiyyətə gəlmək üçün lazımdır, ondan sonra mane olur. Hakimiyyətdəkilər demokratiyanı sevə bilməzlər. Qərb cəmiyyətləri siyasətçiləri bu tale ilə barışmağa məcbur ediblər. Ancaq bu o demək deyil ki, hakimiyyətin xislətini dəyişiblər.
Girişi uzatmayım, mətləbə gəlim. Biz, demək olar ki, Qərbin heç vecinə deyilik. Burda qəribə bir şey yoxdur. Elə özümüz bir-birimizə deyirik: “qarabağlı sonlu öldü sənə nə, sonsuz öldü sənə nə”. Vəziyyətə kim nəzarət eləyir Qərb də onunla əməkdaşlıq eləyəcək, onu tanıyacaq. (Bu yerdə bir haşiyə çıxım ki, ermənilər Qarabağda vəziyyətə nəzarət eləyə bilməsələr, Qərb onlara kömək eləməz.) Bütün hökumətlərə belə sərf eləyir. Allahın Lukaşenkosuna əlimyandı 900 milyon lazım olanda İlham Əliyevə üz tutur. Düzdür, Batya səmimi olub, orda-burda danışıb. Axı biz bilmirik, başqalarına nə lazım olur. Hamıda kolxoz sədri səmimiyyəti olmaz ki.
Gələk lap mətləbin üstünə. Dedim, biz Qərbin vecinə deyilik. Tam dəqiq deyil. Bir az vecinəyik. Rusiyadan yan keçən alternativ enerji mənbəyi və bir neçə şirkətin sərmayə qoyması səbəbindən bir az vecinəyik. Böyük qapalı dairə bununla bağlıdır. Əsrin müqaviləsinə təkcə Azərbaycan hökuməti imza atmayıb. Klassik müxalifət dediyimizin də imzası var. Bəzi gənc aktivistlər bu böyük dairənin çarəsini düşünmək əvəzinə, o reallıqla necə hesablaşmaq, onu necə çözmək əvəzinə, gedib bilərəkdən o dairənin içindəki kiçik dairəyə qapanırlar. Azca silkələyəndə əsəbiləşirlər. Bəlkə əsbiləşməkdənsə belə suallar üstündə düşünməli. Ümid yeri ünvanını klassik partiyalardan güclü sivil topluma yönəltmək olarmı? Alternativ sərmayə imkanları yaratmaq dünyada alternativ maraqlar da yarada bilərmi? İndiki güclərin gələcəklə bağlı qorxularının hansı əbəsdir və bunu neytrallaşdırmaq olarmı. Gələcəkdən qorxanlara nəyi vəd eləmək olar, nəyi yox?..
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək