vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
10:38 | 7 may 2019 | Çərşənbə axşamı Məqaləyə 6626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Musiqinin gücü

Tərk edilməsi mümkünsüz görünən hotel və ...

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun illər boyu, musiqiçilər də, musiqi kefini artırmaq üçün elə dinləyicilər də, narkotiklərdən istifadə etmişlər. Narkotik və musiqi arasındakı əlaqə musiqi mətnlərində əks olunurdu. Çünki həmin mətnləri də heroin, kokain və marixuana təsiri altında olan musiqiçilər yaradırdılar.

“Eagles” qrupunun “Hotel California” mahnısını dinləmisinizmi?

Bu musiqi ilk dəfə 40 il əvvəl ifa olundu və janrın bir növ klassikasına, şedevrinə çevrildi. İndi  kompozisiya nümunəsi rok janrının zirvəsi də hesab olunur.

Musiqinin səslənməsi zamanı gitara dueti insanı vəcdə gətirir, solistin ifası heyran edir.

Mahnıda “tərk edilməsi mümkünsüz görünən hotel”dən bəhs edilir. Burada yorğun və əldən düşmüş səyahətçi əvvəlcə cəlbedici görünən, sonra isə bir dəhşət yuvasına dönən oteldə tələyə düşür...

Bəziləri bu musiqinin “gedonizm”i, yəni həzzi hər şeydən üstün tutan həyat tərzini təbliğ etdiyini düşünür. Mahnın ideyası: Hollivud adlı dəbdəbəli mehmanxanada qonaq əvvəlcə xoş qarşılanır, sonra isə hiyləgər və çıxılmaz tələyə salınır.

Burada otel üstüörtülü mənada zindan, dəlixana, azadlığı məhdudlaşdıran qapalı yer kimi göstərilir. Musiqinin sözlərindəki “Warm smell of colitas rising up through the air” misrasında guya narkomaniyanın da təbliğ olunduğu söylənilir.

Bu söz təxminən, “marixuananın hərarətli qoxusu havaya yayıldı” kimi tərcümə olunur...

Bizdə də, “Kazbek” adlı  mahnı  qısa müddət ərzində populyarlaşaraq efirlərin trendinə çevrildi. Sonra isə, meyxana-mahnının müəllifi həbs edildi. O, narkotik vasitənin açıq təbliği ittihamı ilə saxlanıldı.

Ümumiyyətlə, musiqi və narkotiklər arasında hansı paralellər aparmaq olar?

Kanada alimlərinin hesablamalarına görə, musiqinin və narkotiklərin insan orqanizminə verdiyi məmnunluq hissi təxminən bərabərdir.

Əvvəllər, keyfiyyətli musiqi sərbəst və pulsuz əldə etmək olduqca çətin idi. İnternetin və sosial şəbəkələrin kütləviliyi ilə bu problem demək olar ki, həll edildi.

Narkotiklərlə də bağlı vəziyyət təxminən eynidir. Daha öncələr narkotik vasitələr qadağan edilirdisə, indi onların satışı və istifadəsi bir çox ölkələrdə leqallaşdırılır və bu ənənə  get-gedə kütləvi hal alır.

1981-ci ildə ABŞ prezidenti Riçard Nikson Vyetnam müharibəsini dayandırsa da  “rok-n-roll”un yayıldığı və məşhurlaşdığı dövrdə  qeyri-adi və olduqca ziddiyyətli addım atdı və narkotiklərə mübarizə elan etdi.

Vəziyyətin absurdluğu onda idi ki, hüquq-mühafizə orqanları bir tərəfdə narkotiklərin satışı və istifadəsini maksimum məhdudlaşdırmağa çalışır, rok, rep, hip-hop musiqiçilər isə öz növbəsində mətnlərdə içkini, narkotiki və eyş-işrəti acığa daha çox təbliğ edirdilər.

Təsadüfdən ya zərurətdənmi, iş elə gətirirdi ki, rok-musiqi nümunələri alimlərin LSD həblər üzərində tədqiqatlar apardığı ərəfədə məşhurluq qazanırdı. Hətta, Timoti Liri kimi alimlər bu preparatı nəinki öyrənirdi, həm də təbliğ edirdilər.

Beləliklə, tərəflər arasındakı məhdudlaşdırma və təbliğat rəqabəti, qaçdı-tutdu oyunu,  o dövrdən başlayaraq indiyədək davam edir və yenə də çoxsaylı mübahisələr, anlaşılmazlıqlar yaratmaqdadır.

Redaksiyadan: Məqalə müəllifin şəxsi fikridir. Vaxt.az heç bir yazarın yazısına görə məsuliyyət daşımır.

Vüsal BAĞIRLI


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)