vaxtlı-vaxtında oxuyun! Cümə, 18 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9972 AZN
Rusiya rublu 1 RUB = 0.0284 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1893 AZN
Türk lirəsi 1 TRY = 0.4808 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜƏLLİF  
10:19 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yuy Teyin kədərli aqibəti

Çinlilər korrupsionerlərin cəzalandırılmasında son dərəcə dəqiqdir

Xalid KAZIMLI

Üç cümlədən ibarət bir xəbərdir, deyilir ki, Çində korrupsiyada təqsirli bilinən dövlət kömür şirkətinin sabiq rəhbəri Yuy Tey ölüm cəzasına məhkum edilib. Çin məhkəməsi onu 45 (qırx beş) milyon dollar məbləğində rüşvət almaqda təqsirli bilib.

Xəbərin sonuncu cümləsi amansızlığı göstərir: «Çində ölüm hökmləri qısa müddət ərzində icra olunur».

Uzaq Çindən bu cür xəbərlər tez-tez gəlir. Ən azı ayda bir dəfə hansısa əliəyri, rüşvətxor, korrupsioner məmurun ifşa olunmasına və barəsində ölüm hökmü çıxarılmasına dair xəbərlər yayılır.

Çin Femidası bu kimi məsələlərdə amansız və operativdir. Orada korrupsioner məmurun uzun-uzadı müdafiə nitqi ilə çıxış etməsinə, «mənim heç bir günahım yoxdur» triadası söyləməsinə təhəmmül və müsaidə etmirlər.

Çində rüşvət üstündə yaxalanan yanır. Korrupionerlərin vəkillərinin gücü müttəhimə «bir qədər yüngül cəza» istəmələrinə çatır, amma bu cür xahişlərə də baxan olmur. 

Çin məhkəməsi bu qədər amansız olmasa, acgöz məmurlar öz səlahiyyətlərindən istifadə edərək dövlət büdcəsini darmadağın dağıdar, ölkəni səfalət içində boğarlar. 

Ağlımız başqa dövlətlərə getməsin, Çinin uzun illərdən bəri saat mexanizmi kimi işləyən siyasi-sosial-iqtisadi münasibətlər sistemində korrupsionerlər üzündən süni böhran baş qaldırsa, bu zəncirdə qırılma halları olsa, 1,3 milyard insan aclıq, səfalət təhlükəsi qarşısında qalar və keçmiş dövrlərdə olduğu kimi milyonlarla adam iğtişaşlarda qurban gedər.

Ona görə də Çin məhkəməsi vaxtaşırı olaraq «xalq düşmənləri»ni ifşa edir, onları tutub 1.3 milyard insana qurban edir.

Adama doğru-dürüst müdafiə imkanı yaradılmaması, ən azı edamın bir müddətliyə təxirə salınmaması, çoxpilləli hüquqi instansiyaların pillə-pillə aşılmaması amansızlıqdır, amma çinli hakimlər bu cür olmağa məcburdurlar.

Onlar da uzun-uzadı məhkəmə tamaşası qursalar, müttəhimlərin özlərindən «əzabkeş qəhrəman» düzəltmələrinə imkan versələr, korrupsionerlər dövlətə və xalqa külli miqdarda ziyan vurmalarına rəğmən canlarını yüngül cəza ilə qurtarsalar və bir müddətdən sonra azadlığa çıxsalar, gerçəkdən də dövlətin sütunları sarsılar.

Bəs bu halda qurunun oduna yaş da yanırmı, ya kiminsə nahaqdan yerə şərlənərək, korrupsiyada ittiham edilərək məhv olunması halları yer alırmı?

Hər şey ola bilər. Ancaq belə görünür ki, Çində bu kimi məsələlərdə maksimum dəqiqdirlər, günahı olmayanı qandallayıb güllə qabağına aparmırlar.

Xatırlayırsınızsa, 4-5 il əvvəl bizdə də rüşvətxorluğa və korrupsiyaya qarşı bir kampaniya başladılmışdı. Sadə xalq və sadəlövh insanlar gözləyirdilər ki, adı dillərdə gəzən korrupsioner oliqarxların ard-arda ifşa edilməsi, cəzalandırılması prosesi başlayacaq.

Ancaq o kampaniya yalnız «topladıqlarını bölməyən» bəzi hərbi komissarları, «torpaq satan» bələdiyyə sədrlərini, bir də oliqarx nazirlərin rəhbərlik etdiyi strukturun tabeçiliyindəki idarələrdən birinin adi şöbələrinin müdir müavinlərini vurdu.

O adamlar korrupsiyanın «k»-sından belə xəbərdar deyildilər və onların qol qoyduqları qanunsuz əməllər heç də korrupsiya faktları deyildi, olsa-olsa yüngülvari rüşvətxorluq, hətta «xaltura»ydı.

Ancaq hüquq-mühafizə orqanları bu kimi halları mediada «Daha bir korrupsioner məsuliyyətə cəlb olundu» kimi qələmə verərək bəlli kampaniyanı bir müddət sürdürdülər, gözə kül üfürdülər. Bu kampaniyanın son nəticəsi o oldu ki, «ələ keçmiş korrupsionerlər» qanunsuz yolla topladıqları sərvət yükündən azad olundular, əllərindəki varidat alındıqdan sonra əksəriyyəti azadlığa buraxıldı.

Keçən ilin bu zamanı başlanan tuthatutların da artıq «aç-burax» dövrüdür, məhkəmələrdə artıq duruya çıxarılanların və məhkəmə zalından azadlığa buraxılanların sayı artıb.

Bu, korrupsiya ilə gerçək mübarizə deyil, gözdən pərdə asmaqdır, hətta bunun özü korrupsiya faktıdır -  azadlığa buraxılanlar «ittihamlar sübut olunmadığına görə» yox, «paylaşmaq gözəldir» prinsipinə bir az gec olsa da, riayət etdiklərinə görə azad olunurlar. 

Çox çəkməz, 10-15 il həbs cəzası alanlar da azad olunarlar. Yetər ki, özlərini içəridə ağıllı aparsınlar, asi çıxmasınlar və əfv ərizəsi yazsınlar.

Bu ölkədə çinli korrupsioner Yuy Teyi «korrupsioner siyahısı»nın ilk yüzlüyünə düşməyə qoymayacaq adamlar var. (musavat.com)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)