vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
09:01 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kamran Ağayev qovuldu

Milli qapıçı «Bakı»da qruplaşma yaradıbmış

teleqraf.com

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı»nın qapıçısı Kamran Ağayevin komandadan qovulması ilə bağlı məlumatların yayıldığı barədə xəbər vermişdik. Ağayev açıqlamasında qovulmasından xəbəri olmadığını, bu xəbəri ilk dəfə bizdən eşitdiyini bildirmişdi.

Araşdırmalarımız nəticəsində Kamranın qovulması ilə bağlı xəbər təsdiqini tapıb. Adının çəkilməsini istəməyən «Bakı» rəsmilərindən biri qapıçının qovulduğunu təsdiqləyib. Klub rəsmisi Kamranın hansı səbəbdən qovulduğuna da aydınlıq gətirib. Ağayev klub daxilində intizam qaydalarını pozmaqla yanaşı, qruplaşma yaratmaqda da ittiham olunur. Kamranın yerli futbolçulardan ibarət qruplaşma yaradaraq, legionerlərə qarşı çıxdığı bildirilir. Legionerlər belə durumdan bir neçə dəfə baş məşqçi Pantiçə şikayət ediblər. Pantiç isə məsələni rəhbərliyin diqqətinə çatdırıb. Məsələni araşdıran «Bakı» rəhbərliyi Kamranın günahını sübut edincə, onun qovulması haqda qərar verilib.
«Bakı» rəsmisi onu da bildirdi ki, milli komandanın mənafeyini nəzərə alaraq, Kamranın başqa klubla müqavilə bağlamasına problem yaratmayacaqlar.