vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:24 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 3652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan güclü idi»

Lars Laqerbek: «Ümidvaram ki, bu dəfə biz qalib gələcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Norveç milli komandasının baş məşqçisi Lars Laqerbek Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələ matçından əvvəl mətbuat konfransı keçirib. VAXT.AZ xəbər verir ki, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb:

- Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən, maraqlı futbol alınacağına ümidvaram.


- Heyətdə hər hansı problem var?

- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdırlar.


- Bakıdakı ilk oyunu yəqin ki, izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?

- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.


- Oyuna necə hazırlaşmısız?

- Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.


- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiz?

- Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.


- İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?

- Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.


- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?

- Ardıcıl 2 oyun keçirəcəyik. Hamısından tam həcmdə hər 2 qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.