
Tonlarla neft sızdı
Norveçdə transformator stansiyasında təxribat şübhəsi
Norveçdə transformator stansiyasında təxribat şübhəsi
Dünya Kubokunun finalındakı fasilədə ilk dəfə “Coldplay”in hazırlayacağı şou nümayiş olunacaq
Britaniya və Norveç Avropanın təhlükəsizliyini gücləndirmək üçün yeni müdafiə anlaşma üzrə danışıqlara başlayır
Ticarət problemləri yaşayan ABŞ və Kanada eyni zamanda ən məşhur mundiala evsahibliyinə hazırlaşır
İki XİN rəhbəri telefonla danışıb
Parlament boşaldılıb
FİFA futbolu NBA-laşdırır
Norveç baş nazirindən Ankaraya dəstək mesajı
ABŞ Dövlət katibi Dünya Çempionatındakı qol sarğısı qərardan narazıdır
İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb
Norveçin qəfil “erməni eşqi”nin səbəbi bəlli oldu
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
Atışma nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb
FİFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərləri müəyyənləşdirib
Norveç Ukraynaya hərbi yardım üçün 42 milyon dollar verəcək
FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesi ağır cəzalandırıb. «Report»un məlumatına görə, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına Bakı Olimpiya Stadionunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Nəticədə «Sent-Etyen»in 22 yaşlı yarımmüdafiəçi 11 ay müddətinə millidən kənarlaşdırılıb. Qərara əsasən o, bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək.
Selnes meydançanı tərk edərək paltardəyişmə otağına getdiyi zaman tuneldə yan xətt hakiminə çox pis idarəçilik etdiklərini söylədiyini bildirib: «Mən yalnız bunu dedim. Həmin vaxt tuneldə çox səs-küy vardı. Azərbaycanlılar - assosiasiya nümayəndələri, oyunçular, stadion işçiləri qələbəni bayram edirdilər. Söylədiklərimə görə təəssüf edirəm. Mənimlə pis davrandılar. Buna baxmayaraq, qərara görə çox məyusam. Hesab edirəm ki, bu, ədalətsizdir».
Norveç Futbol Federasiyası da qərarla razı olmayaraq apellyasiya vermək variantını nəzərdən keçirir. Qurum qərarı sərt saymaqla yanaşı, futbolçunun yan xətt hakiminə söylədiklərinə görə üzrxahlıq edir.
Qeyd edək ki, matçı Liran Lianinin başçılıq etdiyi israilli hakimlər briqadası idarə edib. Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Selnes «Sent-Etyen»in heyətində Avropa Liqasının qrupunda «Qəbələ» ilə ev matçında iştirak edib.