vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
11:18 | 20 noyabr 2022 | Bazar Məqaləyə 1361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərc qurbanı olan sehr itir

Yaxud 50 dərəcə temperaturda “hazırlanan” ləzzət ...

Anar NATİQOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol. Bu əsrarəngiz oyun yenə milyonları stadionlara və ekran önünə toplayacaq. 2022-ci il və 22-ci mundial. İlk dəfə müsəlman, ərəb ölkəsində keçirilir turnir. Qətərdə yayda 50 dərəcənin üstü isti olduğuna görə, təqvim də dəyişib. İyun-iyul ayları deyil, noyabrda ilk çempionatı izləyəcəyik.

Şüurlu həyatımın ilk çempionu 1982-ci ildə Rossinin İtaliyası olub. Onda 2 yaşım olsa da, şüuraltı necə yeriyibsə, hələ də milli komandalar içində italyanlar favoritdir. Təəssüf ki, bu dəfə bütün Azərbaycanın sevdiyi komanda – Türkiyə millisi finala yüksələ bilmədi. 

Dünya çempionatları tarixinin ən baxımlı və ən bəxtsiz komandası məncə Niderland olub. 3 dəfə final oynamalarına baxmayaraq, bir dəfə də olsun kuboku qazana bilməyiblər. 

Ümumiyyətlə çempionluq 1998-ə qədər demək olar 4 komanda aralarında bölüşdürülüb. Az sayda komandanın iştirakı ilə ilk turnirlərdə Uruqvayın (ikinci dünya savaşından əvvəl və bitən kimi) qələbəsi və məşhur 1966-ci il İngiltərə çempionluğunu kənara çıxsaq təbii ki. 

Braziliya-5, Almaniya-4, İtaliya-4,  Argentina-2. 1998-də Zidanli Fransa ümumi sayda kuboku qazanan 7-ci ölkə oldu. 20 il sonra isə bu uğuru təkrarlaya bildilər. Avropa komandalarından hələ ki bir kubok qazanan ispanlar illərlə haqq etdikləri mükafata 2010-da nail ola bildilər. Bu dəfə hollandların şansı gətirsə sayca 9-cu ölkə ola bilərlər.

Bu turnir həm də illərdir futbol dünyasının rəqabət simvolu olan Messi və Ronaldonun son turnirləridur. Klub futbolunda bütün uğurları əldə edən bu iki top dahisi öz qitələrinin çempionluğunu yaşasalar da, milli komanda ilə dünya çempionu ola bilməyiblər. 2014-də Messi kubokun bir addımlığında olsa da, o zaman tüğyan edən “alman maşını” onun bu arzusunu geridə qoydu. 

Hal-hazırda kubok sayına görə rəqabətdə Avropa (12), Cənubi Amerikadan (9) üstündür. Halbuki ki, 2002-il Braziliya pentacampeon, yeni 5 qat dünya çempionu olanda Cənubi Amerikalılar 9-8 önə çıxmışdılar. Son 20 ildə okeanın o tayı “Futbol ilahə”sinə həsrət qalıb.

Təəssüf ki, son illər futbol ciddi şəkildə həm də mərc oyununa çevrilib. Çıxarılan yeni qaydalar, xüsusən VAR sistemi, nə qədər obyektivlik üçün kəşf olunubsa da, məncə futbolun gözəlliklərini, maraqlı olaylarını arxa planda qoyur. Bir anlıq düşünün. 1966-da VAR olaydı və qərar verəydilər ki, Tofiq Bəhramov səhv edib, qol yoxdur. Dünya futbol dünyasında qürurumuz olan bu tarixi fakt da olmazdı... Və ya dillərdən düşməyən Maradonanın “Tanrının əli” adlandırdığı qol (həmin top bu günlərdə 2 milyona satıldı).

Bu yerdə illərin futbol şərhçisi, dostumuz mərhum Elnur Əsrəfoglunun seyr edə bilməyəcəyi ilk dünya çempionatı olacaq. Səhv etmirəmsə Braziliyanın azarkeşi idi... Ruhu şad olsun!