vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:01 | 1 iyul 2022 | Cümə Məqaləyə 1529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bığıburma “uşaqlar” ...

.. Yaxud ev üçün darıxırıq nağılları

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün gürcü Xviça Kvaratsxeliya İtaliyada “Napoli”, erməni Henrik Mxitaryan isə “İnter”lə müqavilə imzalayıb.

Bizimkilər isə Türkiyənin superliqasında da yox, birinci liqasında bir və ya yarı sezon oynayandan sonra təzdən bura qayıdırlar. Eləsi var güclənə bilmir, eləsi də var, karyerasını yox, pulu üstün tutub legioner həyatına son qoyur. Burda da eniş başlayır.

Ümumiyyətlə, bizə qonşu olan Gürcüstanın və Ermənistanın futbolçuları daha irədəlidirlər. Bu mənada Azərbaycanda uşaq futbol məktəbləri təkcə futbolçu yox, həm də xaraktercə güclü insanlar, şəxsiyyətlər yetişdirməlidirlər. Amma əksər halda bunu da bacarmırlar.

Ona görə də bizimkilər xaricə gedib qayıdandan sonra boş-boş nağıllar uydururlar ki, orda ona görə qala bilmirik ki, ev üçün darıxırıq. Bunlar bağça uşaqlarıdırlar, ya bığıburma kişi, ya hesab edirlər ki, doğrudan medianın, azarkeşin futboldan anlayışı yoxdur? 

Yaxud Vəli Qasımov, Nazim Süleymanov məgər azərbaycanlı deyildilər? Necə olur onlar illərlə gedib xaricdə yaşayır, mükafatlar, çempionluqlar qazanır, “darıxmaq” kimi cəfəng söhbət uydurmurdular?

Birdəfəlik dəyin, fərasətimiz çatıb xaric klubda möhkəmlənə bilmirik, yaxud karyeramızı yox, pulu düşünürük də.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)