

FİFA futbolu NBA-laşdırır
Yarıhəvəskar ağsaqqallardan gənc peşəkarlara
İldə 2 trilyon büdcəsi olan bazar nəyə qadir ola bilər
Yaxud 50 dərəcə temperaturda “hazırlanan” ləzzət ...
... 2 milyona
.. Yaxud ev üçün darıxırıq nağılları
İlham Əliyev: “Sizin qələbəniz çox böyük qiymətə layiqdir”
“Biri vardı, bir yoxdu”suz başlayan ...
Penaltilər seriyasında dəyişiklik edildi
David Vilya topu mərkəzdən tora gönədrdi
2014-cü il üçün dünyanın qol «yeməyən» «əlcək sahibləri» sıralanıb
Futbola xokkey qaydası gətirilir
Milli «1 nömrə» «Qəbələ»nin güdazına gedib?
Qardaş aman vermədi
Millimiz oyuna qara sarğı çıxıb
FİFA-dan hamını şoka salan qərar
“İlk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionu olmuş milli komandanın heyətini qəbul edərkən söyləyib.
“Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik” sözlərilə milyonlar xərclənməsinə rəğmən, nəinki nailiyyət, qrup oyunlarında belə sonuncu yerləri tutan futbol millisinə və Azərbaycan Futbol Federasiyaları Assambleyasına eyham vurdu: “Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmayıb. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir”.
Tarixi uğuru təkrarlamağın asan olmayacağını bildirən ölkə başçısı, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr göstərmələrinə çalışmalı olduğunu vurğuladı: “Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”.
Prezident fikrini bu sözlərlə davam etdirdi: “Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir”.