FED dolları bahalaşdırdı
Manatı nə gözləyir?
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin uçot dərəcəsinin «2020-ci ilə qədər 3,5 faiz, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4 faiz həddinə yüksəlməsini gözləyirik» açıqlamasından sonra «Fitch» beynəlxalq reytinq agentliyi FED-in uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağını bəyan edib.
İqtisadçı Natiq Cəfəli Modern.az-a bildirib ki, «Fitch»in bu açıqlaması dekabr toplantısında da faiz artımına gediləcəyini deməyə əsas verir:
«Dollar öz «ev»inə geri dönür...»
«İki gün əvvəl Federal Ehtiyatlar Sistemi növbəti faiz artımına getdi. Rəsmi məlumatdan görünür ki, ilin sonunadək ən azı daha bir dəfə faiz artımına gediləcəyi proqnozlaşdırılıb. Çox güman ki, bu, sentyabr-oktyabr toplantısında baş tutacaq. FED-in sürətlə faiz artımına getməsi Amerika iqtisadiyyatında dirçəlmə və toparlama prosesinin də sürətlə getməsinə işarə verir. Eyni zamanda, faiz artımının dünya iqtisadiyyatına çox ciddi təsirləri gözlənilir. Hələlik son faiz artımından sonra dünya birjalarında böyük çalxantı olmadı. Çünki artıq mart ayından bəri, iyunda faiz artıma gediləcəyilə bağlı rəy yaranmışdı. Obrazlı desək, dünya birjaları və bazarları bu xəbəri artıq həzm etmişdi.
Bu baxımdan «Fitch»in daha sürətli faiz artımı ilə bağlı proqnozu sonuncu - dekabr toplantısında da artım olacağına işarə edir ki, bu da daha ciddi nəticələrə gətirib çıxaracaq. Çünki FED-in faiz artımı və uçot dərəcəsinin artırılması dünyada dollar indeksinin bahalaşmasına, yatırımları Amerikaya geri çəkməyə xidmət edəcək. Obrazlı desək, dollar «ev»inə geri dönür. Yəni Amerika yatırımlar üçün çox cəlbedici bir ölkəyə çevrilir. Ona görə də dollar indeksinin bahalaşması dünya birjalarında iki yöndən təsirlərini göstərir: dollar bahalaşdıqca digər ölkələrdə də banklar uçot dərəcələrilə bağlı qərar verməyə məcbur olurlar. İkinci, ən böyük təsir isə əmtəə qiymətlərində özünü büruzə verir. Bunlar qızıl, neft, daş kömür və bu tipli enerji daşıyıcıları, əlvan metalların qiymətlərinə təsir göstərir. Dollar bahalaşdıqca onların qiyməti aşağı düşür».
«İlin sonuna doğru manatın məzənnəsi ucuzlaşacaq»
N.Cəfərli bildirib ki, uçot dərəcəsinin artımı ilə bağlı qərarlar manatdan da yan keçməyəcək: «Mərkəzi Bank inzibati yolla olsa da manatın məzənnəsini sabitləşdirib. Artıq 3 aydır ki, milli valyuta dollarla nisbətdə 1.70 AZN civarındadır. Manatı dövriyyədən yığırlar və bununla da milli valyutanın dollara qaçmasının qarşısını alırlar. Bu da iqtisadi aktivliyi zəiflədir. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 4 ayı ərzində ÜDM 1,4 faiz azalıb. Təbii ki, Mərkəzi Bank uzun müddət belə sıx siyasət apara bilməyəcək. Ölkənin əsas hədəfi iqtisadi canlanma olmalıdır. İqtisadi canlanma üçün pul, kreditləşmə vacibdir. Gec-tez Mərkəzi Bank bu addımları atmaq məcburiyyətində qalacaq. Manatın dövriyyəsi qalxdıqca, məzənnəsində ciddi dəyişikliklərin olması ehtimalı yüksələcək. Mən kəsin addımların, bir gecəlik devalvasiyaların olacağını düşünmürəm. Bu kimi proseslər artıq arxada qalıb. Çünki hökumət və Mərkəzi Bank anladı ki, şok devalvasiyalar iqtisadiyyata çox böyük ziyan vurur. Amma yumşaq şəkildə, addım-addım məzənnənin ucuzlaşmasının şahidi olacağıq. Xüsusilə də payız aylarından başlayaraq dekabrın sonunadək bunu izləyə biləcəyik. Bu addımların atılması ehtimalları çox yüksəkdir».