«Soyuducunun içində də ilanlar dolaşır»
25 ildir hər gün ölüm qorxusu ilə yatıb-qalxırlar qorxunc qəsəbə sakinlərinin səslərini eşidən yoxdur
İlham MUSTAFA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İşlərin 90 faizi bitib”
Azərbaycan İES-dən yaxşı xəbərlər var
-
İES yenidən qurulur
“Azərbaycan” ölkənin enerji təminatında qarant olacaq
-
“4 il fasiləsiz işləyib”
Mingəçevir SES-də riski artıran ciddi nöqsan aradan qaldırıldı
-
Göstəriş icraata götürüldü
“Azərenerji”dən operativ davranış
-
Niyazi Bayramovdan bir ilk ...
Gəncənin icra hakimiyyəti başçısı prezidentin tapşırığı ilə sakinlərlə açıq görüşə getdi
-
Bayramovdan gəncəlilərə bayram kimi sevinci
Yeni icra başçısı ilk görüşünü şəhər ağsaqqalları keçirdi
-
“Etimadı itirənlər vəzifədən gedəcəklər”
Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına reaksiya
-
Müharibə veteranı, hüquqşünas ...
Gəncənin yeni icra başçısı kimdir?
-
“Veysəloğlu”nun əməkdaşına hücum olub
Şirkətin içərisində 70 min manat olan çantası aparılıb
-
Qeydiyyat yerindən asılı olmayaraq ...
«ASAN xidmət»dən şəxsiyyət vəsiqələri ilə bağlı vacib yenilik
-
Prezident Mingəçevirdə
İlham Əliyev Su Elektrik Stansiyasını yenidənqurmadan sonra işə saldı
-
Bankların fırıldağı
Müştərini aldadaraq manat kreditini dollara çeviriblər
-
KATV1-dən abunəçilərə şad xəbər
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
-
Mingəçevir SES-lə bağlı qorxulu açıqlama
«Su Anbarının altında zəlzələ ocağı yerləşir»
-
«Gülər»lə tanışlığın ağlamalı sonu
Mingəçevir sakini yazışdığı şəxs tərəfindən öldürülüb
-
Yevlax və Mingəçevirdə neft var?!
50 il bundan qabaq dayandırılmış geoloji axtarışlar bərpa edilib
Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır. Bu hallardan qorunmağın müxtəlif yolları olsa da, Mingəçevirin «Turbaza» adlanan yaşayış massivində, Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər mütəmadi olaraq bu təhlükə ilə üzləşirlər. Bu ərazilər dağ-dərələrlə əhatə olunduğu üçün, hələ sovet dönəmindən ilanların, əqrəblərin yayıldığı yerlər olub.
Erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğal olunması zamanı, qaçqın və məcburi köçkün düşən soydaşlarımızın bir qrupu 25 ildir ki adıçəkilən ərazidə məskunlaşıb. «Sputnik Azərbaycan»ın bölgə müxbirinə danışan sakinlər bu müddət ərzində onların ailələrində ilan və əqrəb sancmalarının sayı-hesabı olmadığını deyirlər. Onların sözlərinə görə, bu il ilan və əqrəblər daha da aktivləşiblər.
Məcburi köçkün Nicat Quliyev bu günlərdə başına gələn hadisəni danışdı: "Axşam saatlarında işdən evə gələrkən, qapının üstündə üç ilan gördüm, evə girməyə çalışırdılar. Tez beli götürüb ikisini öldürdüm, biri mənə hücum çəkdi. Özümü birtəhər qoruyub evə girəndə isə ilanın birini də uşaq yatan beşiyin üstündən sallanan gördüm".
Məcburi köçkün Sveta Qəmbərovanın sözlərinə görə isə, soyuducunu açarkən, böyük bir ilan soyuducunun içərisindən sürüşüb yerə düşüb: «Nə dərmanımız var, nə də bu ərazilər dərmanlanır. Bu il yay mövsümü gələndən ilanların sayı artıb. Əvvəlki illərdə belə deyildi. Özümüzü, uşaqlarımızı ilandan, əqrəbdən qoruya bilmirik».
Qəmbərova qeyd edib ki, yaşadıqları ərazi dağlarla-dərələrlə əhatə olunduğu üçün, ilan və əqrəblərdən başqa, vəhşi heyvanlar da dolaşır: «İlanlar həyətdəki bağlara daraşıb, daşların altına doluşub. Evdə uşağı, yaşlını tək qoyub bir yerə gedə bilmirik. Vəziyyətimiz çox acınacaqlıdır».
Sakinlər deyirlər ki, üzləşdikləri problemlərlə bağlı müraciət etmədikləri qurum qalmayıb. Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə, Ağdam Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti idarələrə dəfələrlə müraciət etsələr də, səslərinə səs verən yoxdur. «Xahiş edirik, səsimizi eşitsinlər, bizə kömək etsinlər. İmkan verməsinlər ki, balalarımız ilana, əqrəbə yem olsunlar. Evlərin içində, xalçalarımızın altında ilanlar dolaşır. Hava qaralan kimi canımıza vəlvələ düşür», - deyirlər sakinlər…