«Yoxsul kişilər subay qalır»
Onların boşanma ehtimalı daha yüksəkdir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
London sanksiyalar hazırlayır
Britaniya tanker insidentini cavabsız qoymayacaq
-
Varlılarla kasıbların fərqi ...
Əsl zənginlik təmas və sadəlikdir ...
-
Boşanmalarla bağlı dəhşətli statistika
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
-
«Boşanmaq fəlakət deyil»
Psixoloq: «Diplomatik ailələr qurulmamalıdır»
-
Azalan evlilik, artan boşanma
Ailə institutunun dağılmasının qarşısını necə almalı?
-
Uçurum dərinləşir...
Rusiyalılar varlılarla kasıblar arasında bərabəsizliyin artdığını düşünür
-
Sonsuzluq üzündən boşanmalar niyə çoxalıb?
Bir çox hallarda süni mayalanma çarə olsa da, maddi və mental səbəblər üzündən bu yolu seçmirlər
-
Boşanmalar çoxalır
Statistik artımda uşaqlı ailələr üstünlük təşkil edir
-
Ürəkağrıdan statistika
Azərbaycanlılar neçə yaşında boşanır?
-
«Sözlərimi təhrif ediblər»
«Mən varlı ailələrin övladları ilə bağlı qanun layihəsi hazırlandığını deməmişəm»
-
Bir-birini anlamayan cütlüklər
Söz var dağa qaldırar, söz də var dağdan endirər
-
Simic insanların diqqətinə!
İnkişaf etmiş ölkələri də daxil olmaqla dünyanın ən ucuz 30 şəhərinin siyahısı
Britaniyada aparılan bir araşdırmaya əsasən yoxsul ailələrdən olan kişilərin 40 yaşlarına qədər subay qalma ehtimalı, zəngin ailələrdən olanlara nisbətən 2 dəfə artıqdır.
Maliyyə Araşdırmalar İnstitutunun (İFS) apardığı tədqiqat nəticəsində aşağı gəlirli kişilərin elə aşağı gəlirli qadınlarla evləndiyi məlum olub.
Araşdırmaya görə, bu ictimai hərəkətliliyi azaldan və yoxsulluğu nəsildən nəsilə ötürən bir amildir.
İctimai hərəkətlilik cəmiyyətdə təbəqələri dəyişə bilmək imkanıdır.
IFS-ın hesabatı 1970-ci il təvəllüdlü və həyatları boyunca müşahidə olunan insanlara dair araşdırma nəticələrinə söykənir.
Araşdırma 2012-ci ildə 42 yaşında olan kişilərin üçdə birindən çoxunun həyat yoldaşı olmadığını müəyyən edib.
Daha yüksək gəlirli kişilərdə bu rəqəm yeddidə birə bərabərdir.
Araşdırma yoxsul kişilər arasında evlənmə nisbətinin aşağı olduğunu göstərir.
Bu arada boşanmaların sayı daha yüksək olub.
İmkanlı ailələrdəki qadınların qazancı yoxsul kişilərin xanımları ilə müqayisədə 70 faiz artıqdır, cütlərin maliyyə durumunu araşdıran hesabat bildirir.
«Bərabərsizliklər» vaxt keçdikcə daha da artır
Yuxarı gəlirli ailədəki kişilərin iş sahibi olması, evlənməsi və onların həyat yoldaşlarının daha az gəlirli ailəyə mənsub xanımlardan artıq pul qazanması ehtimalı çox yüksəkdir, IFS iqtisadçısı Kris Belfild (Chris Belfield) deyir.
Onun sözlərinə görə bütün bu bərabərsizliklər vaxt keçdikcə daha da dərinləşir.
Yoxsul kişilərin subay qalmaq və ya boşanmaq nisbəti də çox daha yuxarıdır.
Təbəqədən təbəqəyə keçmək imkanı azalır
IFS diqqəti zəngin ana və atası olanların daha yüksək qazanc əldə etdiyinə yönəldir.
2012-ci ildə verilən məlumatlara görə, valideynləri zəngin təbəqəyə məxsus olan 42 yaşındakı kişilər orta hesabla, yoxsul ailələrdən 88 faiz daha çox qazanır.
2000-ci ildə bu rəqəm 47 faiz təşkil edirdi.
IFS direktoru Pol Conson (Paul Johnson) BBC-ə müsahibəsində getdikcə ictimai hərəkətliliyin azaldığını da qeyd edir.
Conson açıqlamasında «özünüzə bənzəyən biriylə evlənməyin ehtimalı daha böyükdür», deyir.
Bu da təbəqədən digər təbəqəyə keçmək imkanının daralmasına gətirib çıxarır.
Britaniyanın Maliyyə Nazirliyi isə gəlir bərabərsizliyini azaltmaq üçün addımlar atdığını bildirir.