Payız gəldi, uçdu gəldi xəstəliklər...
Həkimlər tibbi profilaktika ilə yanaşı, immun sistemini gücləndirməyi də əsas şərt hesab edirlər
Günel AZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bu qışın qripi niyə daha təhlükəlidir?
Virus mutasiya edə bilir və bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir
-
Tətil uzadıldı
Qrip Rusiya məktəblərini də «vurdu»
-
«Ginekoloq da qripdən danışır…»
Baş epidemioloq: «Lap bu virus 5 nəfərdə aşkarlansın, axı, bu ...»
-
Həkimdən həyəcan təbili
«Pnevmoniya yaradır, peyvənd də təsir etmir»
-
A (H3N2) nə qədər təhlükəlidir?
Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı
-
Çoxlarını əldən salan xəstəlik qrip deyilmiş
Adil Qeybulla deyir ki, bu, yuxarı tənəffüs yollarında parazitlik edən infeksiyadır
-
«Ovcumun içi kimi bilirəm...»
... və ya xəstəlikləriniz barədə ilk məlumatlar «əlinizin içindən gəlir»
-
Qrip yenə can alır
Meksikada 16 gündə 32 nəfər ölüb, Çində isə 96 nəfər yoluxub ...
-
H3N2 virusu ilə mübarizə vasitələri
Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur
-
Ermənilərin 17 maşın kartofu geri qaytarılır
467 ton tərəvəzdə yoluxucu mikro orqanizmdən ibarət xəstəlik
-
Hündür dabanlar təhlükəlidirmi?
Bu geyimdən yaranan problemlər sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır
-
Dar cins geyinənlərin nəzərinə!
Bu geyim Bernard-Rot sindromu və ya əsəb nevritini yaradır
Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklər və viruslar fəallaşır. Ümumiyyətlə payız fəsli xəstəliklərlə zəngin bir mövsüm hesab edilir. Bu fəsildə immuniteti zəif olan insanlar, əsasən də uşaqlar xüsusi olaraq qorunmalıdırlar. Ekspertlər qeyd edir ki, virus xəstəliklərinin kəskin hal almasının əsas səbəbi kifayət qədər vitamin qəbul edilməməsidir. Bu cür xəstəliklərə insanlar həm mövsüm dəyişməsi, həm də immun sisteminin zəifləməsi səbəbi ilə tez yoluxur.
Adətən payız fəsli virus xəstəliklərinin artan vaxtıdır. Çünki fəsil dəyişkənliyi ilə orqanizmdə müxtəlif proseslər baş verir. Bundan başqa, fəsil dəyişkənliyi zamanı insanlar adətən geyimlərinə fikir vermirlər. Havanın dəyişkən olan vaxtı soyuqdəymə də artır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına təkan verir.
İnfeksionist-hepatoloq Əliyar Əfəndiyev qeyd edir ki, ilk növbədə təhlükə yaradan infeksion xəstəlik qripdir: «Qripin mövsümü dekabr ayından başlayır və aprel ayına qədər davam edir. Bunun qarşısını almaq üçün sentyabrın axırından başlayaraq oktyabr, noyabr ayları ərzində kütləvi şəkildə peyvəndlər aparılmalıdır. Ümumilikdə mövsümi xəstəliklərdən, viruslardan qorunmaq üçün spektifik və qeyri-spektifik profilaktika var. Spektifik profilaktikaya yalnız viruslar əleyhinə olan peyvəndlər daxildir. Qeyri-spektifik profilaktikada isə əsas iş insanın öz üzərinə düşür. İnsan özünü qorumalıdır. Fəsil dəyişikliyinin baş verdiyi, virusların fəallaşdığı bir dövrdə tibbi maskalardan istifadə çox gərəklidir. Bu maskaları həm virusa yoluxmuş, həm də yoluxmamış insanlar taxmalıdır. Bundan başqa, immuniteti qaldırmaq üçün düzgün qidalanmaq lazımdır».
Müsahibimiz bildirir ki, bəzi xəstəliklər məhz payız aylarında baş qaldırır. Onlardan biri də bruselyozdur. Bruselyoz infeksion-allergik xəstəlikdir. Bəzən vaxtında aparılmamış diaqnostika və gecikmiş müalicə nəticəsində xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir: «Bruselyoz çox xain xəstəlikdir. Bu xəstəlik birbaşa bizim qidalanmağımızla, xüsusilə də meyvə-tərəvəzlə bağlıdır. Çünki avqust-sentyabr aylarında məhsulu çox yığırlar və yığılmış məhsul anbarlarda uzun müddət qalır. Orada olan gəmiricilər isə bu xəstəliyin mənbəyidir. Onlardan meyvələrə, meyvələrdən də insanlara yoluxur. Bundan başqa, hepatitlər, xüsusilə də hepatit A belə xəstəliklərdəndir. Hepatitə yoluxma may ayında olsa da, xəstəliyin baş qaldırması payız aylarına təsadüf edir».
Pediatr-allerqoloq Nigar Həşimova bildirir ki, payız fəslində allergik xəstəliklərə də rast gəlinir: «Avqustun axırı, sentyabrın əvvəlindən bitkilərdə tozlanma artıq başlayıb. Bu zaman burunda qaşınma, gözlərdə sulanma, yanma, öskürmə kimi hallara rast gəlinir. Bunlar daha çox uşaqlarda müşahidə edilən göstəricilərdir. Bunun qarşısını almaq üçün uşaqlarda allergiyanı yaradan mühitlə əlaqəni kəsmək lazımdır. Buna polimoz xəstəliyi deyilir. Valideynlər çox zaman uşaqlarında allergiyanın nədən yarandığını bilirlər. Bu zaman uşaqları həmin yerdən uzaq tutmağa çalışsalar yaxşı olar. Həmin dövrdə bağçaya, parka getmələri məsləhət görülmür. Həmçinin allerqoloqun məsləhəti ilə göz damcılarından, burun spreylərindən və allergiya əleyhinə dərmanlardan istifadə edilməlidir. Oktyabr ayının ortalarına qədər təbii ki, həkimin məsləhət gördüyü dozada bu dərmanlar qəbul edilməlidir. Astmalı uşaqlarda bu, xüsusi olaraq fikir verilən dövrdür. Onlarda sentyabr başlayanda artıq öskürəklər da başlayır. Bunu da bəzi dərman preparatları ilə, ətraf mühit pəhrizi ilə nəzarətdə saxlamalıyıq. Ətraf mühit pəhrizi dedikdə, uşağın nə ilə az, nə ilə çox təmasda olmasına diqqət etməliyik. Burada valideynlərin üzərinə böyük iş düşür». (kaspi.az)