vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
09:29 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 1600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülün «B» planı

AKP-dən 2 gündə 700 nəfər istefa verdi

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 22-də Türkiyə siyasi gündəmini AKP-dən gələn istefa xəbərləri zəbt edib. Partiyanın 30 mart bələdiyyə seçkilərində namizəd olaraq irəli sürdüyü 6 şəxs də daxil olmaqla 300-ə yaxın üzvü istefasını açıqlayıb. Bununla da son iki gündə AKP-dən istefa verənlərin sayı 700-ə yüksəlib. Qeyd edək ki, 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə sarsılan hakimi partiyadan çoxsaylı istefalar olacağı öncədən proqnozlaşdırılırdı. AKP-ni tərk etmək istəyən millət vəkillərindən biri baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra təəssüratlarını «Tayyib panikadadır» sözləri ilə ifadə etmişdi.

İstefalarla ciddi çöküş yaşayan AKP özünə qarşı yeni korrupsiya və rüşvət faktlarının ifşası yolunu hələlik daxili işlər sistemindəki «təmizləmələr»lə önləməyə çalışır. Yanvarın 22-də İstanbul Əmniyyət Müdürlüyündə narkotik cinayətləri, asayiş və əcnəbilərlə iş şöbələrinin 8 yüksək rütbəli rəhbəri  və 100 əməkdaşı işdən azad edilib. Yada salaq ki, 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra Türkiyədə 116 yüksək rütbəli polis zabitinin və 1000 sıravinin vəzifə yeri dəyişdirilib.
Bu arada Türkiyənin bir sıra xəbər qaynaqları prezident Abdullah Gül və keçmiş xarici işlər naziri Əli Babacanın Ərdoğan AKP-sinə qarşı yeni partiya yaradacağı haqda xəbərlər yayıb. musavat.com yazır ki, xəbər qaynağı olaraq Çankaya Köşkünə yaxın olan şəxs göstərilir. Hərəkata da yaxınlığı ilə tanınan qaynaq bildirib ki, Əli Babacanı yetkin siyasətçi kimi qəbul edilsə də AKP prezident Gülə yaxın olduğu üçün onu komandasından uzaqlaşdırdı. Abdullah Güllə «gizli» toplantılar keçirməsinin cəzası olaraq 2009-dan onu siyasi həyatdan kənarlaşdırmağa çalışdılar. Ancaq prezident Gülün B planı artıq hazırdır. AKP-nin bir sıra millət vəkilləri ilə danışıqlar davam edir. Qarşıdan gələn prezident seçkilərinə qədər yeni bir partiya yaradılacağı ehtimalı çox yüksəkdir. Əli Babacan indi seçim qarşısındadır. Ancaq onun hlə AKP-yə dəstəyi davam edəcək. Çünki əks təqdirdə onun siyasi karyerasını tamamilə bitirə bilərlər. Əgər prezidentlik məsələsində Abdullah Gül ilə Rəcəb Tayyib Ərdoğan anlaşma əldə edə bilməsələr, 2015-ci il yeni bir partiyanın ilk seçim ili ola bilər».
Yanvarın 22-də 17 dekabr rüşvət əməliyyatının başlaması göstərişi verən keçmiş İstanbul Cümhuriyyət Prokuroru Zəkəriyya Özün vəkili müvəkkilinin müdafiəsindən imtina edib. Qeyd edək ki, Ergenekon istintaqının əsas dövlət ittihamçılarından olan Zəkəriyya Öz dekabrın 21-də İstanbul prokuroru vəzifəsindən azad edilərək, İstanbulun Bakırköy prokurorluğuna təyin edilib. Vəzifəsindən çıxarılmasını ədalətsiz sayan Zəkəriyya Öz bununla bağlı məhkəməyə müraciət vəzifəsinə bərpa iddiası ilə müraciət etmişdi. Yerli media yazır ki, Zəkəriyya Öz və tərəfdarları vəkilinin müdafiə prosesindən imtinasını hakimiyyətin basqısı ilə əlaqələndirir.
Zəkəriyya Özün İstanbul baş prokuroru vəzifəsində olarkən müavini Ercan Şafak isə yanvarın 22-də infarkt keçirib. Zəkəriyya Öz vəzifəsindən çıxarılandan sonra Şəfəq də vəzifəsindən uzaqlaşdırılaraq Kocaeli prokurorluğuna təyin edilmişdi. Kocaeli xəstəxanasına çatdırılan Ercan Şəfəq təcili əməliyyat edilib və ürəyinə stend qoyulub. Həkimlər xəstənin durumunun kritik həddi aşmadığını bildirir.