vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
17:55 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dənizli futbolçuları söyür

«Xəzər Lənkəran»ın baş məşqçisi komandaya addımbaşı «gerizekalıdı», «inək», «kafasız» deyə xitab edir

ELSEVƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xəzər Lənkəran»lı azarkeşlər Mustafa Dənizlinin gəlişindən sonra komandanın düzələcəyini gözləyir. Antalyada hazırlıqlarını davam etdirən komanda isə yenə də eyni problemləri yaşamaqda davam edir.

Hazırlıq prosesində iki yoxlama görüşü keçirən cənubluların hər iki rəqibi Super Liqa təmsilçisi oldu. İlk oyunda ötən mövsümün məhz Dənizlinin Türkiyənin əsas liqasına çıxardığı «Rizəspor»la üz-üzə gələn Lənkəran klubu qolsuz bərabərə qalsa da, oyun baxımından komandada heç bir dəyişikliyin olmadığı açıq-aşkar görünürdü. Oyunda  Dənizlinin yetirmələrinin əlinə 2-3 qol şansı düşsə də, onları da dəqiq sonluqla tamamlaya bilmədilər. «Xəzər Lənkəran»ın çempionatda da dərdi elə bu idi. Görünən odu ki, son nöqtəni qoymaqda çətinlik çəkən «ağ-yaşıllar»ın bu problemi qarşıdakı 10 günlük hazırlıq prosesində də həll olunan məsələ deyil.
«Rizəspor»la oyunda ən çox diqqətçəkən məqam Dənizlinin futbolçulara etdiyi təhqirlər idi. Onun futbolçularına tez-tez «bu gerizekalıdı», «meydanda inek gibi duruyor», «bütün gelen toplarda bu kafasızın yanlışı var» deməsi az diqqət çəkmirdi. Daha çox bu söyüşlər Nildo və Zohair Benuahiyə ünvanlanırdı. Hətta yerli futbolçulara da kənardan bu sözləri deyən türkiyəli mütəxəssisin onlardan narazı olduğu açıq-aşkar görünürdü.
Təbii ki, bir məşqçinin futbolçuları söyməsi bərbad haldı. Biz Azərbaycan Premyer Liqasında belə hallara çox rast gəlirik. Amma Dənizli kimi tanınmış bir mütəxəssisin də təhqirlərdən istifadə etməsi onun özü üçün mənfi haldı. Əlsində Nildo və Zohair bu söyüşləri bəlkə də haqq edir. Çünki həm «Rizəspor»a, həm də «Gənclərbirliyi»nə qarşı oyunlarda hər iki futbolçu ən zəiflərdən idi. Cənubluların bütün hücumlarının məntiqsiz sonluğunun səbəbkarı ya Nildo, ya da Benuahi olurdu. Braziliyalı daha çox yerə yıxılması ilə yadda qalırdısa, mərakeşliyə top gələndə özünü itirirdi.
Bu futbolçuların komandadan göndəriləcəyi gözlənilsə də, böyük ehtimalla qış fasiləsindən sonra da onları «Xəzər Lənkəran»da görəcəyik. Amma lənkəranlı azarkeşlərin nifrətinə səbəb olan bu iki futbolçunu komandada saxlamağın nəyə xidmət etdiyini müəyyənləşdirmək çətindi. Olmaya onlar xoşluqla getmək istəməyib komandada qalmaqda israrlı olduqlarına görə türkiyəli mütəxəssis onları söyməklə acıq çıxır? Eyni sözləri «Xəzər Lənkəran»ın əvəzedici komandasının futbolçularından da geri zəif təsir bağışlayan Nikola Qliqorova da aid etmək olar.