«Bu, ədalətsizlik olar»
«Hazırlıq oyunlarının komandalara bir o qədər də xeyri yoxdu»
Emin SƏFƏROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Bu gün «Hilton» otelində AFFA-nın konfransı baş tutdu. Bu konfransa qonaq qismində dəvət olunanlar arasında «Xəzər Lənkəran»ın baş məşqçisi Mustafa Dənizli də var idi.
Türkiyəli mütəxəssis konfransa heç də əbəs yerə çağırılmamışdı. Belə ki, o, konfransdan sonra baş tutacaq İcraiyyə Komitəsinin (İK) iclasında legioner və 21 yaşlı futbolçu limitini müzakirə etmək üçün Qurban Qurbanovla birgə baş məşqçilər adından çıxış etməli, onların fikirlərini səlahiyyətli nümayəndələr bildirməli idi. Fürsətdən istifadə edib Mustafa Dənizlinin konfrans, İK-nın iclası və növbəti turda qarşılaşacaqları «Rəvan»la oyunu barədə düşüncələrini öyrəndik.
- Bu gün baş tutan AFFA-nın konfransı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bütün bu tədbirlərin hamısı ölkə futboluna fayda vermək üçündü. Müxtəlif insanların fikirləri alınaraq, ortaq bir qərara gəlirlər. Bu qərar həm Azərbaycan futboluna, həm də klublara xeyri dəyə bilər. Bu fikirlərin Azərbaycan futbolu üçün gündəmə gətirilməsində böyük fayda var. Hər kəs öz fikrini bildirdi. Bundan sonra qərarı adiyyəti nümayəndələr bildirəcəklər.
- Siz hansı təkliflə çıxış etdiniz?
- Futbolda məcburi qərarı həyata keçirmək olmaz. Mənim komandamda 3-4 nəfər 21 yaşlı futbolçu varsa, onsuz da onlar oynayacaqlar. Ancaq 21 yaşlı futbolçusu olmayan komandalarda bu sistemi tədbiq etsən, bu, ədalətsizlik olar. Hər kəs 21 yaşında olan yaxşı futbolçu tapmaya bilər. 21 yaşlıların ilk 11-də yox, 18-lik heyətdə olmasını və 90 dəqiqədə meydana çıxmasını istərdim. Oyun zamanı əvəzlənəcək 3 futbolçudan 1-nin 21 yaşlı olsa idi, daha yaxşı olardı. Bu daha məntiqli və rəqabət yaradacaq qərar olardı. Həmçinin də çempionatın, milli komandanın və kubok oyunlarının təqvimləri yaxşı tənzimlənməlidir. Bütün bu məsələlər müzakirə olunmalıdır. Mən öz fikirlərimi söylədim.
- Sizin təklifinizi necə dəyərləndirdilər?
- Bunu deyə bilmərəm. Sadəcə olaraq məni dinlədilər, yəqin ki, fikirlərimi dəyərləndirərlər.
- Təkliflərinizin qəbul olunacağına ümidiniz varmı?
- Bəli, ümidliyəm.
- Milli komandanın təlim-məşq toplanışı üçün tez-tez təqvimdə sıxlıq yaranması, sizcə, klublarımıza nə dərəcədə təsir edir?
- Mən, Türkiyə millisinin sükanı arxasında 5 il çalışmışam. Hazırlıq oyunlarının komandalara bir o qədər də xeyri yoxdu. Problemi çoxdu, faydası isə azdı. Milli komandada çalışdığım müddətdə ildə 1-2 dəfə yoxlama oyunu keçirilməsini istərdim. Yoxlama matçı ictimaiyyəti maraqlandırmayan, adrenalin, hədəfi olmayan, bir oyundu. Yoxlama görüşündə «zədələnməyim, gələn həftə oyunum var» deyən futbolçular bir araya gəlir. Buna görə də oradan istədiyin nəticəni əldə edə bilməzsən. Yoxlama görüşlərində qazanacağın nəticənin əvəzinə məşq etsən daha çox qazanarsan.
- Növbəti turda «Rəvan»la qarşılaşacaqsız. Rəqibiniz son 2 oyununda 4 xal qazansa da, siz də eyni sayda xal itirmisiz...
- 4 xal qazanan ilə eyni sayda xal itirən komandalar qarşılaşacaq. İnanıram ki, gözəl oyun olacaq. Məqsədimiz yaxşı futbol oynamaq, qələbə qazanmaqdı. Biz bu fəlsəfə ilə çalışırıq.
- Son turlarda gözlənilməz nəticələrin qeydə alındığını nəzərə alsaq, düşünmək olarmı ki, «Rəvan» da sizə sürpriz edə bilər?
- Futbolda hər zaman sürpriz olur. Xüsusilə də Azərbaycan çempionatında. Bir komanda digərindən xal almağı bacarır. Futbolçularımla rəqibini zəif bilməməsi ilə bağlı söhbətlər aparıram. Hər rəqibə ciddi yanaşmaq lazımdı.