vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
17:06 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 4028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ramin Musayevdə vicdan olsaydı...»

PFL prezidentinin məqsədi klub yaratmaq yox, pul toplamaq olub

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın futbol təsərrüfatında son günlər elə hadisələr baş verir ki... Elə adamlar elə fikirlər səsləndirirlər ki... Vallah, bu adamların içində ala qarğa yumurta qoyub, bala çıxarda bilməz.

Başlayaq elə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin açıqlamasından. Musayev etiraf edib ki, Azərbaycan çempionatında oyun alqı-satqısı var. Onu da bəyan edib ki, bundan sonra belə məsələlərə qarşı kəskin mübarizə aparacaq. Jurnalistlərə də sözü olub: «Vicdanınız varsa, bu işdə bizi dəstəkləməlisiz».

Bunu o adam deyib ki, dünənə qədər «Azərbaycan futbolunda oyun alqı-satqısı var» deyən jurnalistləri vicdansız adlandırırdı. Sonra da kişilikdən-zaddan danışıb. Deyib ki, futbolu kişi kimi oynamaq lazımdı. «Oyun alıb-satmaq kişilikdən deyil» deyib. Bunu Ramin Musayev deyib ha... «Neftçi»də ömrü-günü oyun alıb-satmaqla keçən adam.

Uzun sürən «xəstəlikdən» sonra cəhənnəmə varid olmuş «Şuşa Qarabağ»ın hər şeyi olan Nadir Qasımov da deyib. Deyib ki, Ramin Musayevdə vicdan, azərbaycanlı qanı olsaydı, «Şuşa Qarabağ» çempionatda iştirak edərdi. Hardasan, ay ala qarğa? Bunların arasında yumurta qoya bilərsən?

Hə, Ramin Musayev həm də bunları deyib: «Bu komandanı kim yaradıb? «Şuşa Qarabağ»ı mən yaratmışam. Bir çox imkanlı şuşalılarla görüşdüm. Hamısı da dedi ki, kömək edəcəyik. Amma dedikləri elə söz olaraq qaldı. Bu komanda şuşalıları maraqlandırmırsa, mənə də lazım deyil».

Ramin Musayevin açıqlamasındakı qırmızılığın həddinə fikir verin! PFL prezidenti klub yaratdığını etiraf edir. Elə buna görə də onu futbol təsərrüfatından qovmaq lazımdı. Üstəlik, etiraf edir ki, imkanlı adamlardan pul tələb edib. Onlar pul verməyincə, komandanı atıb. Adam, sən «Şuşa Qarabağ»ı yaradanda şuşalılarla məsləhətləşmişdinmi? Yox. Demək, məqsədin vətən, torpaq təəssübkeşliyi deyilmiş. Məqsədin komanda yaradıb, imkanlı adamlardan pul toplamaqmış. Məqsədin «Şuşa Qarabağ» adı altında alver etmək olub. Alverin alınmayınca, «bu komanda şuşalılara lazım deyilsə, mənə də lazım deyil» deyirsən.

Bu yerdə yenə də Nadir Qasımovun fikirlərini yada salın: «Ramin Musayevdə vicdan, azərbaycanlı qanı olsaydı...».

Hardasan, ay ala qarğa? Ala qarğanı bəlkə Lənkəranda axtaraq? «Xəzər Lənkəran» yeni transfer etdiyi, bircə oyuna da çıxmayan Vaqif Cavadovu «Qəbələ»yə icarəyə verib. Komandanın baş məşqçisi Yunis Hüseynov deyib ki, Azərbaycan futbolunun mənafeyini nəzərə alaraq, belə addım atmışıq. Vallah, bunların vətənpərvərlik damarı ala qarğada olsaydı, o da partlayardı. Bunlar partlamır ki, patlamır. Özünə peşəkar deyən bir klub çempionatdakı əsas rəqibini gücləndirir...

Hardasan, ay ala qarğa?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)