vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
««Xəzər Lənkəran»da məni aldatdılar» 16:43 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 3177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Xəzər Lənkəran»da məni aldatdılar»

Mübariz Mənsimovun klubuyla bağlı ikinci beynəlxalq skandal

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xəzər Lənkəran»dan qovulan ispaniyalı qapıçı Toni Doblas artıq İtaliyanın «Napoli» klubu ilə münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, ispan qolkiper İtaliyaya getdikdən sonra da açıqlamalarında Azərbaycan və keçmiş komandası haqqında danışmağı unutmur.

«Mənə Azərbaycandan yaxşı təklif var idi. Buna görə də «Xəzər Lənkəran»a getdim. Amma orada məni aldatdılar. Maliyyə məsələlərində, maaşların ödənilməsində problemlər yaşayırdıq. Bu üzdən klubdan ayrıldım. İndi isə bunlar vecimə deyil. Mən artıq «Napoli»dəyəm. Buna görə Rafael Benitesə təşəkkür edirəm».

Qeyd edək ki, bir neçə gün əvvəl İspaniyalı futbolçular Mario Rosası və Daniel Martinin meneceri Toni Kruea Türkiyə mediasına Cənub klubuyla bağlı açıqlama vermişdi. Menecer Avropa və İspaniyada «Xəzər Lənkəran»ın imicinin aşağı olduğunu bildirmiş, klubun 2-ci vitse prezidenti Tuqay Nadirovu saxtakar və qeyri professional adlandırmış və onları aldatdığını dönə-dönə qeyd etmişdi.