vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
08:41 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 3419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Barmağa barmaq»

«Neftçi»nin prezidenti əzələ nümayiş etdirən kimdir?

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan bir hərəkəti ilə xariqələr yarada bilər. Və ya bir kəlməsi, bir işarəsi ilə hamının dostu və düşməninə çevrilə bilər. Allah insanı var edəndə onun hər əlində beş barmaq yaradıb. Amma bu barmağa müxtəlif funksiyalar verib. İnsanın da bu barmaqlardan istifadə qaydası müxtəlifdi. Məsələn, sən ölçüsü və forması fərqli olan barmaqlarınla say göstərə, nəyisə tuta və başqa işlər də görə bilərsən. Həm də bu barmaqlarla qaşına da bilərsən.

Əgər futbolçusansa, onda bu barmaqları ehtiyatla tərpətməlisən. Məsələn, sən baş barmağını göstərsən, ətrafdan alqış səsləri eşidəcəksən, «fair-play» qaydalarına əməl edən bir futbolçu kimi seviləcəksən. Yox, orta barmağını qaldırsan, bax, o zaman vəziyyət dəyişir. Həm də necə deyərlər, 180 dərəcə əksinə...

Barmaq məsələsinə hələlik fasilə verib keçmiş «fəhlə prospekti»ndə yerləşən AFFA-ya toxunmaq istərdim. Daha doğrusu, toxunmaq istədiyim o Fəhlə prospektində yerləşən AFFA-da əyləşən və qərar verən ağalardı. Söhbət İntizam Komitəsindən gedir. Fürsətdən istifadə edib İK-nın sədri Tofiq Fətullayevə də salamlarımı çatdırıram.

İK cəzaları açıqladıqdan sonra həmin qərarlarla tanış oldum. Tanış oldum və təəccübləndim. Təəccübümün səbəbini isə izah edim. Yadıma son turda baş tutan «Neftçi» - «Xəzər Lənkəran» qarşılaşması düşdü. Bakı klubunun qələbə qazandığı bu oyunda rəqib qapıçı Orxan Sadıqlı azarkeşlərə qeyri-etik jest etmişdi. Düzü, həmin oyundan sonra Sadıqlının ən azı 3 oyun cəzalanacağını gözləyirdim. Amma həmin qərarları nə qədər ələk-vələk etdimsə, bununla bağlı tək bir izə belə rast gəlmədim. Yoxsa 1 aprel zarafatıdır?!

Bu zaman insan bir anlıq düşünməyə vadar olur. Bizim bu jesti bol olan Premyer Liqamızın 20-ci turunda da analoji hal baş vermişdi. «Neftçi» - «Xəzər Lənkəran» görüşündə Mahir Şükürov azarkeşlərə orta barmağını göstərmişdi. Göstərmişdi, amma bu barmaq Mahirə 3 oyun, komandasına isə 2000 min manata başa gəlmişdi.

İndi gəl, bu İntizam Komitəsinin ədalət tərəzisinə barmaq edilmədiyinə inan görüm, necə inanırsan? Mənə elə gəlir ki, burada başqa məsələ var. Yəqin ki, Sadıqlının barmağının Şükürovun barmağından fərqli olduğunu siz də hiss etdiniz. Yuxarıda qaşınmaq söhbətini də boş yerə yazmadım. Deyəsən, son «Böyük oyun»dakı bu barmaq lazımi yerdə oturanları yaxşı qaşıyıb. Çünki bu barmaq Sadıqlının yox, başqasının barmağı imiş.

İkili standarta səbəb olanların, komandalar, futbolçular arasında ayrı-seçkiliyə rəvac verənlərin kim olduğunu dəqiq bilmirəm. Ancaq güman ki, bu üzgörənlikdə lənkəranlıların əli yoxdu. Onların Orxana görə hansısa AFFA məmurunun qapısını döydüyünə inana bilmirəm. Ola bilsin, bu, «Neftçi»nin prezidenti Sadıq Sadıqovun saytımıza verdiyi məlum müsahibədə adlarını hallandırdığı şəxslərin barmağıdır. Onlar klub rəhbərinin açıqlamalarına əzələ nümayişi ilə cavab verirlər, barmaqla yox. Barmağa barmaqarası barmaq etməklə və ya kiməsə 3 barmağın həndəsi fiqurunu göstərməklə...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)