
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
Klubun akademiyasında islahatlar qaçılmazdı
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
... həm də pul
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
... Varsa, niyə gizlədilir?
Bir az şübhə, bir az qisas, bir az da...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Topaz Premyer Liqasının 11-ci turunda evdə «Neftçi»yə qalib gələn (1:0) «Zirə»nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. A.Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Gərgin oyun oldu. Belə də gözləyirdik. «Neftçi» son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm.
- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkələməklə etiraz etdiniz...
- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orada ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.
- Deməli, hakimlikdən razı qaldınız?
- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdur.
- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiniz. Bu, sizin tapşırığınız idi?
- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. «Neftçi»nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.