vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
18:37 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan futbolunda biabırçılıq

«Xəzər Lənkəran»ın qapıçısı məşqçisinə kəllə atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 25-ci turunun «Rəvan» - «Xəzər Lənkəran» matçının fasiləsi zamanı da xoşagəlməz olay yaşanıb. Vaxt.az futbolinfo-ya istinadən xəbər verir ki, «Xəzər Lənkəran»ın qapıçılarla işləyən məşqçisi Hafiz Əliyev ilk yarıdan sonra qapıçı Orxan Sadıqlını buraxdığı birinci qola görə tənqid edib.

Əliyev gənc qolkiperə çıxışda səhvə yol verdiyini bildirib. Amma məşqçisinin iradlarını aqressivliklə qarşılayan Sadıqlı onunla mübahisəyə girişib. Əldə etdiyimiz məlumata görə, Orxan hətta Əliyevi vurmağa da cəhd göstərib. Lakin buna imkan verilməyib.

Qarşılaşmadan sonra Hafiz Əliyev klub rəhbərliyinə bu barədə məlumat verərək, qapıçıdan şikayətlənib.

Qeyd edək ki, «Rəvan» - «Xəzər Lənkəran» matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.