
Ölünün nəyini ödürəcəksən?
Ölkə futbolunu kökünə balta vuranlar ...
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
İş adamı Hafiz Məmmədovun («Hafka») ətrafında yaranan qalmaqal böyüyür. Üzləşdiyi maliyyə böhranını heç cür aradan qaldıra bilməyən Məmmədovun bütün layihələri iflasa uğrayır. Mətbuat Hafiz Məmmədovun prezidenti olduğu «Bakı»da 5 aydır ki, məvaciblərin verilmədiyini bildirir. Bunu komandanın futbolçuları da etiraf edirlər. Hətta 5 aydır məvacib ala bilməyən futbolçular bahalı maşınlarını da satmalı olublar.
«Bakı» növbəti mövsümün hazırlıqlarına isə hələ də start verməyib. Azərbaycan premyer-liqasında çıxış edən klublar xaricdə təlim-məşq toplanışı keçdikləri halda «Bakı» Biləcəridən kənara çıxa bilməyib. Təbii ki, bütün bunların səbəbi Hafiz Məmmədovun biznesində çöküş yaşamasına bağlıdır.
AFFA-dakı mənbələrdən publika.az saytına verilən məlumata görə, «Bakı» bu mövsüm Azərbaycan çempionatında iştirak etməyə bilər. Belə ki, klubdan uzun müddətdir məvaciblərini ala bilməyən futbolçular AFFA-ya müraciət ediblər. Bundan əlavə, «Bakı» növbəti mövsüm Premyer-Liqada iştirak etmək üçün bank təminatını da verə bilməyib.
Artıq «Bakı»nın durumu AFFA-da müzakirə olunub. Qurumun baş katibi Elxan Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevə məsələ ilə bağlı məruzə edib. Rövnəq Abdullayev 1-2 həftə də gözləməyi məsləhət görüb. «Bakı»nın maliyyə problemləri bu müddətdə də həllini tapmasa, real addımlar atılacaq. Belə ki, «Bakı» rəsmən müflis elan olunacaq, bütün futbolçulara azad agent statusu veriləcək. Komanda Azərbaycan Premyer-Liqasında çıxışını dayandıracaq.
Mənbənin verdiyi məlumata görə, «Bakı»nın əvəzinə elitada «Rəvan» çıxış edə bilər. Rəsmi qərar qəbul olunandan sonra məsələ ilə bağlı «Rəvan» rəhbərliyinə müraciət olunacaq.
Ancaq bu komandanın «Bakı»nı elitada əvəz edəcəyi müəmmalıdı. «Rəvan»ın sponsoru, «Nurgün Motors» şirkətlər qrupunun sahibi Nuru Əliyevlə Hafiz Məmmədov qudadır. Məhz bu məqamı nəzərə alsaq, Nuru Əliyev mənəvi amilləri əsas gətirərək «Rəvan»ın «Bakı»nı əvəz etməsinə razılıq verməyə bilər.
Yaxın günlərdə bütün bu məsələlərlə bağlı konkret qərarların qəbul olunacağı gözlənilir.