vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
22:54 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

40 dil «bilən» qulaqcıqlar

«Google»un təqdim etdiyi texnologiya danışıqları başa düşüb tərcümə edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Google»un yeni simsiz qulaqcıqları yol göstərir, internetdə lazım olan məlumatı axtarır və xarici danışıqları tərcümə edir. Oktyabrın 4-də «Google»un San-Fransiskoda keçirilən prezentasiyasında şirkət yeni cihazlar seriyasını təqdim edib.

Onların arasında real vaxt rejimində xarici dildən danışığı tərcümə edən «Pixel Buds» simsiz qulaqcıqları da var.

Qulaqcıqlar səsli «Google Assistant»ın köməyilə «Pixel» smartfonuna qoşulub.

Köməkçi xarici danışığı qəbul edərək tərcüməsini qulaqçığa diktə edir.

Smartfonun köməyilə cavabı ona diktə etməklə öz danışığını da tərcümə etmək olar.

«Pixel Buds»un imkanlarını nümayiş etdirmək üçün «Google» əməkdaşları dialoq hazırlayıblar: onlardan biri ingiliscə danışıb, digəri isə ona Isveç dilində cavab verib.

Hələ ki cihaz 40 dili dəstəkləyir, rus dili bu siyahıda yoxdur.

Simsiz qulaqcıqlar musiqini əllə yüngül toxunmaqla idarə etmək imkanı verir: mahnıları oynatmaq, digər mahnıya keçid etmək, səsi tənzimləmək.

«Google Assistant» həmçinin smartfonun köməyi olmadan yolu göstərir, internetdə axtarış aparır və zəngləri idarə edə bilir.

«Google»un məlumatına görə, ABŞ-da «Pixel Buds» qulaqcıqları noyabrda satışa buraxılacaq. Qulaqcıqların başlanğıc qiyməti 159 dollardır.

Bundan başqa San-Fransiskoda keçirilən prezentasiyada şirkət yenilənmiş «Pixel» smartfonunu, «Pixelbook» notbukunu, mini-kamera, musiqi gücləndiricilərini və «Google Home» ev köməkçisinin kiçildilmiş versiyasını nümayiş etdirib.