Heroin, Trampın arvadı, «C» vitamini
Azərbaycanlılar ötən il «Google»da ən çox nə axtarıblar?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
Rəsmi Tiflis işğalla barışmağa hazırdır
Rusiyaya da elə bu lazımdır
Azərbaycanlıların ötən il «Google» axtarış saytında ən çox axtardığı sözlər bəlli olub. Vaxt.az Azadlıq radiosuna istinadən bildirir ki, «Google» axtarış saytının xüsusi trend proqramı var. Son bir ildə Azərbaycanda internetdə səhiyyə və sağlamlıq sahəsində ən çox axtarılan, daha doğrusu, axtarış sayı ən çox artan söz hansıdır? Həmin proqrama görə, Azərbaycanda səhiyyə, sağlamlıq sahəsində axtarışında ən çox artım olan söz «heroin»dir!
İnternetdə «heroin» yazıb, axtarışa verilməsi 500 faiz artıb. Ancaq bu, ola bilər ki, heroin istifadəsinə artan maraqla bağlı deyil. Axtarışında ən çox artım olan sağlamlıq mövzuları arasında 3-cü yerdə Parkinson xəstəliyidir. Onun internetdə axtarışları 130 faiz artıb. Siqaret 9-cu yerdədir. Yəqin dükanlarda siqaret bahalandığına görə, insanlar internetdən ucuz yer axtarırlar. Belə axtarış 50 faiz artıb. C vitamini 12-cidir. Onun internetdə - vebsaytlarda axtarışı bir ildə 40 faiz artıb.
Lalafo
Bütün kateqoriyalar üzrə Azərbaycanda bir ildə internetdə axtarışında ən böyük artım olan söz isə pulsuz elanlar saytı «lalafo»dur. Maraqlıdır ki, «lalafo» birinci yerdə, lalafo.az ikinci yerdədir. Onlardakı artım 3500 faizdən çoxdur, bu faiz hətta göstərilməyib. 3-cü yerdə N309 serialıdır. 6-cı yerdə ««Facebook»a giriş»dir. Keçən il Türkiyədə öldürülən qanuni oğru Rövşən Lənkəranski haqda internetdə axtarış 450 faiz artıb. O, 7-ci yerdədir. Əmrahbank 14-cü yerdəddir. Dolların məzənnəsi 19-cu yerdə qərar tutub. Dolların məzənnəsini axtarışa verilməsi 140 faiz artıb. Maraqlıdır ki, birinci 25-likdə «SOCAR-da vakansiya» da var. Dövlət Neft Şirkəti SOCAR-da boş yer axtaranlar bir ildə 100 faiz artıb.
Melaniya Tramp
Bəs xəbər üçün saytlarda azərbaycanlılar bir ildə ən çox nə ilə maraqlanıblar? Nədə ən böyük artım olub? «Referendum» yazıb axtarışa verənlərin sayında bir ildə 4 min faiz artım olub. Bu da təbiidir. Keçən il Azərbaycanda referendum oldu. Ancaq artıma görə «referendum» sözünün axtarışı Azərbaycanda birinci yerdə deyil, yalnız 2-ci yerdədir.
Axtarışında ən çox artım olan «Melaniya Tramp»dır. Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın model xanımı Melania Trampın adını yazıb axtarışa verənlər 4 min faizdən çox artıb. Bu faiz hətta göstərilmir.
ABŞ-da prezident seçkilərinin özünə isə Azərbaycanda maraq Melaniya Trampa maraqdan az olub- bu seçki 3-cü yerdədir. Donald Trampın özü isə 4-cüdür.
Bəs Qarabağ problemi? Qarabağ …. 9-cu yerdədir.