Antiyaşlanma mümkündürmü?
150 il əvvəl orta ömür 40 idisə, indi ABŞ vətəndaşları həmin həddən ən azı 2 dəfə çox yaşayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qan ehtiyatları azalır”
İngiltərədə həyəcan siqnalı
-
Qalmaqallı sənəd gündəmdə...
Orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
-
Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?
10 il ərzində 6 xəstəxanada 31 xəstə arasında keçirilən yoxlamanın nəticələri
-
«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
-
Seçkiləri «barmaqlayan» virtual «troll»lar
Rusiya «Trampı seçdirmək üçün» «Google»dan da istifadə edib
-
40 dil «bilən» qulaqcıqlar
«Google»un təqdim etdiyi texnologiya danışıqları başa düşüb tərcümə edəcək
-
Donuzlardan donor kimi istifadə olunacaq
Bu heyvanların orqanlarının insana köçürülməsi gerçəkləşir
-
«Apple» «5G»nin sınaqlarına başlayıb
Texnologiyanın 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir
-
Beynin yaşlanmaya təsiri
İnsanların əqli yaşlanma prosesi 20 yaşlarında başlayır?
-
2.7 milyardlıq cəza
«Google»a qarşı şok cərimə qərarı
-
«85 min qan donoru aşağı göstəricidir»
Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...
-
«İmtahan fırıldaqçıları» ilə orijinal mübarizə
Efiopiyada internet bloklanılıb
-
«Google»da Zaha Hadid günü
Nümayiş olunan əsərlər arasında Heydər Əliyev Mərkəzi də vardı
-
Xarici donorlarla bağlı qadağa ləğv edildi
Hökumətdən QHT-lərlə bağlı daha bir mühüm addım
-
Kimlər qan verə bilməzlər?
Donorlarda bir çox təhlükəli xəstəliklərə tutulma ehtimalı 5-10 dəfə az olur
-
Heroin, Trampın arvadı, «C» vitamini
Azərbaycanlılar ötən il «Google»da ən çox nə axtarıblar?
Əbədi gənclik əsrlərdir ki, insanların arzusunda olduğu bir qayğıdır. Bəs yaşlanma prosesinin qarşısını ala bilsək nə baş verər? 1850-ci illərdə ABŞ-da orta ömür müddəti 40 yaş hesab olunurdu. İndi isə bir amerikalı ən az 78 il yaşayır. Son tibbi tədqiqatlar, insan həyatını daha da uzadacaq vədlərlə zəngindir. Bəs bu yeni tibb necə təsir göstərər və cəmiyyət üçün nəticələri necə ola bilər?
«Loqanın qaçışı» və «Yaşıl soylent» kimi filmlərdə, gələcəkdə dünyada artan əhali sayı və bunun qarşısını almaq üçün atılan kəskin addımlarla bağlı səhnələr canlandırılıb.
Əhali artımına qarşı ciddi nəzarət ehtiyacı, təkcə ekranlaşdırılmış ssenarilərdə qarşımıza çıxmır. 1970-ci illərdə əhali sayının son dərəcə artması nəticəsində Çin Bir-Uşaq Siyasəti yürütməyə başlamışdı.
Adam fikirləşə bilər ki, uzunömürlü cəmiyyətlər həm də əhali sayı artıq olan cəmiyyət deməkdir, amma reallıq başqadır.
Əhali artımı ölüm yox, doğum göstəriciləri ilə müəyyən edilir.
«Qısa müddətdə, ölüm sayı azaldıqca, əhali sayı artır», «Southampton» Universitetindən Əhali Dəyişimi Mərkəzinin direktoru professor Ceyn Falkinqam (Jane Falkingham) deyir.
«Uzun müddətdə isə buna səbəb, ölümdən daha çox artımdır».
Siçanlar üzərində aparılan son klinik təcrübələr göstərib ki, ilk dəfə 1957-ci ildə tətbiq olunmağa başlayan metformin dərmanı verilən diabetli heyvanlar, diabeti olmayanlardan daha uzun yaşayırlar.
Zənn edilir ki, metformin təkcə ikinci dərəcəli diabetə yox, həm də yaşlanmaya qarşı təsirli ola bilər.
Bəzi mümkün dərman müalicələri var k, yaşlanmanın qarşısını almaqla yanaşı, yaşlanma təsirlərinə də əks-təsir göstərə bilər.
Vampirsayağı səslənsə də, yaşlı insanlara gənc donorlardan qan köçürülməsi prosesində bir fayda sezilib.
Qanın həyatverici xüsusiyyəti ilk dəfə 1615-ci ildə alman həkimi Andres Libavus (Andreas Libavius) tərəfindən irəli sürülüb.
O, yaşlı kişi ilə gənc kişinin arteriyalarını birləşdirməyin mümkünlüyündən söz edirdi.
Libavus əmin idi ki, bu uğurlu alınacaq və 2005-ci ildə aparılan bəzi sınaqlar ideyanın bir ümid vəd etdiyini üzə çıxardı.
Belə ki, yaşlı siçanlar gənc qan vurulduqda daha sağlam olduqları halda, qoca qanı vurulan gənc siçanlar daha pis nəticə göstərmişdilər.
Fəqət, qan köçürülməsinin daşıdığı ciyər zədələnməsi və infeksiya risklərini nəzərdən qaçırmamaq lazımdır.
Yenə də bu qədər mübahisəli olmayan və laboratoriya testlərində effektiv nəticə verən müalicələr mövcuddur.
Bölünərək yeni hüceyrələr yarada bilməyən yaşlı hüceyrələr Foxo4-DRİ inyeksiyası vasitəsilə siçanlardan götürülüb və onlar daha uzun ömür yaşayıblar.
Bu maddə, hüceyrələrin bölünməsini dayandıran normal prosesə müdaxilə edir.
Həmin siçanlar artıq 30 aylıqdırlar. Bu isə 100 insan ilinə bərabərdir. Onlar hələ də aktivdirlər və bu da təsirin müvəqqəti olmadığını sübut edir.
«Əgər istənilməyən və təmiri mümkünsüz zədəli yaşlı hüceyrələri hədəfləmisinizsə, iynə ömrü uzatmaqla yanaşı, həmin hüceyrənin sağlamlığını da bərpa edə bilər», «Erasmus» Universiteti Tibb Mərkəzinin Molekulyar Genetika Şöbəsindən Piter de Keyzer (Peter de Keizer) izah edir.
«Bu hüceyrələri hədəfə almaqla yaşlanmanı gecikdirmək olar. Eləcə də müəyyən dərəcədə onun qarşısını almaq olar».
Bu arada «Google»un ana şirkəti «Alphabet»in bölməsi olan Kaliso, qabaqcıl texnologiyalardan istifadə edərək ömür müddətini idarə edən biologiyanı öyrənmək niyyətindədir.
Onlar bu bilikdən yararlanaraq insanların daha uzun və sağlam ömür sürməsi üçün üsullar müəyyənləşdirə biləcəklərini düşünürlər.
Bəs bu üsulların radikal inkişaf edən həyata təsiri necə olar?
İnsanların uzun ömür yaşaması ilə bağlı bir məsələ, 21-ci əsrin ən böyük problemlərindən biri olan əhali artımıdır.
2015-ci ildə İngiltərə və Uelsdə bir anaya düşən uşaq sayı 1.8 olub.
Cəmiyyətin daha təhsilli və sağlamlığın daha yaxşı inkişaf etmiş olduğunu nəzərə alsaq, ailələr üçün bioloji əhəmiyyət kəsb edən çoxuşaqlılıq artıq gərəkli deyil.
Bundan başqa, qadınlar üçün doğuş yaşı 30.3-ə qalxıb və uşaq istəməyən qadınların sayı getdikcə artır.
Burada etik səbəblər də rol oynayır. Hər kəs üçün müalicə əlçatan deyil. Biz böyük sosial bərabərsizlik dünyasında yaşayırıq.
«Nayrobinin kasıb bir kəndində doğulan uşaqla Londonun mərkəzində doğulan uşağın həyatdakı imkanları tamamilə fərqlidir», Falkinqam deyir.
Dünyada indiyə qədər ən uzun ömürlü kimi qeydə alınan şəxs Fransadan Cinn Kalmet (Jeanne Calmet) olub - 122 il (1875-1997).
O dövrdən bu yana səhiyyə sistemi dayanmadan inkişaf etsə də, həmin həddən artığı hələ qeydə alınmayıb.
Amma görünür ki, müəyyən yaşa çatdıqdan sonra, orqanizm genetik olaraq ölmək üçün hazır vəziyyətə gəlir.
«2016-cı ildə dərc olunan bir məqalədə insanların 120 ildən artıq yaşaya bilməyəcəyi iddia edilirdi», de Keyzer deyir.
Amma fərqli düşünənlər də var.
SENS Fondunda professor Obri De Qrey (Aubrey De Grey) inanır ki, insanın ömür müddəti dramatik şəkildə dəyişərək 1000 yaşa çata bilər.
«Çoxları onunla eyni qənaətdə deyil», Falkinqam vurğulayır.
Bir çox yaşlı insanlar xərçəng, ürək xəstəlikləri, demensiya və başqa xəstəliklərdən əziyyət çəkir. Hazırkı tibbi araşdırmaların əksəriyyəti uzunömürlülük yox, sağlam şəkildə daha uzun yaşamağa köklənib və bu da əbədilik axtarışını ləngidir.
Cavanlaşma müalicələri adətən yaşlanmanın fiziki göstəricilərinə ünvanlanmış olur və «Altsaymer» xəstəliyi və demensiya kimi əqli və nevroloji elementlərə köklənmir. Bununla belə, demensiya xəstəliyi ilə bağlı müraciətlərin sayı azalıb.
Uzun və sağlam ömrün başqa bir aspekti də, həyatlarımızı müəyyən edən şeyin xronoloji yaş ardıcıllığı olmamasıdır.
İlk övladını 40 yaşında dünyaya gətirən və 40 yaşında nənə olan qadınlar buna bariz misaldır.
Görünür ki, bu qadınların yeganə ortaq cəhəti yaşlarıdır.
Uzun ömrə rəğmən, əksəriyyətimiz üçün 20 və 30 yaşlar demoqrafik baxımdan daha sıxdır. Belə ki, bir çoxumuz bu yaşlarda karyera qurmağa başlayır və övlad sahibi oluruq.
«Biz, orta ömür həddini uzatsaq da, bioloji vaxtı dəyişmirik», Falkinqam deyir.
«Qadınların dünyaya uşaq gətirdiyi yaş hələ də 20 və 30-lu yaşlar kimi qalır».
Yaşlanmanın qarşısını almaq üçün müalicələr də çox bahalıdır.
«Foxo4-DRİ» inyeksiyası insanlar üçün nəzərdə tutulsa da, 10 milliqramı təxminən bir neçə min avro dəyərindədir.
Bəs qan köçürülməsi? Bunun üçün də təchizat məhduddur - donorların sayı azdır.
Təchizata tələbatın artması, qara bazarda gənclərin qan verməyə məcbur edilməsinə səbəb ola bilər.
Bununla yanaşı, süni plazma satışının artması təhlükəsi də var.
İnsan yaşlanmasının qarşısını tam almaq üçün tibbin daha da irəliləməsi gərəkdir.
Bundan başqa, etik, mədəni və sosioloji problemlər yaşlanmanı dayandırmaqla bağlı mövzunun hər yerdə müzakirəyə çıxarılmayacağı deməkdir.