vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
KARYERA  
14:01 | 28 iyul 2024 | Bazar Məqaləyə 734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş elanlarında onlayn iş rekordu...

İdarə edicilər da ofisi prioritet hesab etmirlər

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Pandemiyadan əvvəl və sonra iş dünyasını ayıran kəskin xətlərdən biri, şübhəsiz ki, onlayn işdir. Araşdırmalara görə, 10 CEO-dan 9-u onlayn işləməyi mənimsədiyi halda, bu tənzimləməni təklif edən reklamlarda rekord artım var.

“COVID-19” pandemiyası ilə bütün dünya dayandı. Küçələrdə heç kim qalmadı, nəqliyyat yox idi, məktəblər boşaldı, amma iş həyatı davam etdi.

Evdən işləmə və pandemiya ilə onlayn işləmə kimi sistemləri inkişaf etdirən iş dünyası epidemiyadan sonra yeni iş modellərini davam etdirib. Əslində ofisə qayıtmaq gündəmə gələndə bu qərar “Apple” və “Google” kimi bir çox şirkətdə çalışanlar tərəfindən etirazla qarşılanıb.

Hətta texnologiya nəhəngləri işçilərini həftənin beş günü ofisə gətirməkdə çətinlik çəksələr də, bir çox şirkət onlayn modeldə həll yolu tapıb.

***

Aylıq iş gününün müəyyən günlərində ofisdə, müəyyən günlərdə isə ofisdən kənarda işlədiyi bu model iş dünyasında kifayət qədər qalıcı görünür. Yeni araşdırmaya görə, onlayn modeli təklif edən iş elanları rekord səviyyəyə çatıb. İyulun ilk iki həftəsində dərc edilən iş elanlarında, vəzifələrin təxminən 22 faizi həftənin ən azı bir hissəsində uzaqdan işləmək qabiliyyətini ehtiva edir.

***

Mütəxəssislərə görə, araşdırma göstərdi ki, bəzilərinin çevik həyat tərzinin işçilərin daha az məhsuldar olacağı ilə bağlı narahatlıqları olsa da, pandemiyadan dörd il sonra belə iş modelləri indi “əsas”dır.

Böyük Britaniyanın Milli Statistika İdarəsinə araşdırma aparan “Adzuna” iş axtarış motorunun təhlilinə görə pandemiyadan əvvəl elanların yalnız 1 faizi qarışıq iş rejimi təklif edirdi.

Araşdırmaçılar deyir ki, ölkədəki bu sistem; Kralın çıxışında elan edilən yeni Məşğulluq Hüquqları Qanunu ilə daha möhkəmlənəcək. Qanun layihəsi işçilərə həftənin bir hissəsi evdən işləməyə icazə verir.

“Adzuna”da məlumat bölməsinin rəhbəri Ceyms Niv (James Neave), “Hibrid işi təklif edən vəzifələrin nisbəti bütün zamanların ən yüksək səviyyəsindədir. 2024-cü ilin iyul ayında Böyük Britaniyada elan edilmiş işlərin beşdə birindən çoxu onlayn variant təklif edir. Bu da ofisdən kənarda işləməni yeni iş standartı kimi mövqeyini gücləndirir. Bu, pandemiyadan əvvəlki 2019 səviyyələri ilə (bir faizdən aşağı idi) kəskin şəkildə ziddiyyət təşkil edir və getdikcə daha çox şirkətin işçilərin işə götürülməsi və saxlanılması üçün onlayn işləməyin vacibliyini dərk etdiyini göstərir”.

***

Böyük Britaniya onlayn iş modelin müzakirə edildiyi və geniş yayıldığı yeganə ölkə deyil. Honq-Konqdakı idarəçilər də istedadı işçiləri saxlamaq və şirkətlərində səmərəliliyi artırmaq üçün ofisdən kənarda iş modelinə müraciət edirlər.

Onlayn iş sahəsi platforması “IWG” tərəfindən dərc edilən hesabata görə, Honq-Konqda hər 10 idarəçidən 9-u onlayn iş modelini mənimsəyib və dörddə üçə yaxını işçilərin ofisdə tam iş günü olmasının biznes prioriteti olmadığını deyir.

500-dən çox idarəçinin sorğusu göstərdi ki, onlayn iş şirkət mədəniyyətini yaxşılaşdırmağa kömək edir və daha xoşbəxt, daha sadiq işçi qüvvəsi yaradır.

***

Sorğu iştirakçılarının 75 faizi həmkarlar arasında daha məhsuldar əməkdaşlığı qeyd edib. “IWG” tərəfindən aparılan ayrı bir araşdırmada, şirkətlərin yüzdə 74-nün yaxın beş ildə şirkətlərinin hibrid modeldə fəaliyyət göstərəcəyini ifadə etdiyi ortaya çıxıb. Bundan əlavə, idarəçilərin 65 faizi işçilərinin hər gün ofisdə olmasını israr etsələr, istedadlarını itirəcəklərinə inanırırlar.

Hesabatda həmçinin qeyd olunub ki, Honq-Konqda həftədə beş gün işləyənlərin 56 faizi fəal şəkildə yeni iş axtarır.

Təhlillər Stenford Universitetinin iqtisadiyyat professoru Nikolas Blumun (Nicholas Bloom) rəhbərlik etdiyi başqa bir araşdırmanın nəticələri ilə üst-üstə düşür. Blum, həftədə iki gün evdən işləyən işçilərin həftənin beş günü ofisdən kənarda işləyən həmkarlarına nisbətən daha məhsuldar olduğunu, yüksəlmə ehtimalının daha yüksək olduğunu və işlərini tərk etmə ehtimalının daha az olduğunu müəyyən edib.

Stanfordun sorğusu onlayn iş modeli – qadın işçilər, menecer olmayanlar və uzunmüddətli iş yerləri olan işçilər arasında yüksək olan istefa nisbətlərini azalda biləcəyini müəyyən edib. Təhlil bunun şirkətlərə istefa xərclərinə qənaət edə biləcəyinə diqqət çəkib.

Yeni modelin üstünlüklərini dərk edən işəgötürənlər onlayn işə sərmayələrini artırmağa başlayırlar. “IWG”nin sorğusunda iştirak edənlərin 94 faizi onlayn iş təcrübəsini təkmilləşdirə biləcək texnologiyalara vəsait ayırdıqlarını, 43 faizi isə bunu son 12 ayda etdikləri ən böyük sərmayə kimi gördüyünü bildirib.

***

Bir çox araşdırmalar onlayn işin işçilərin xoşbəxtliyinə və şirkət üçün məhsuldarlığa müsbət təsirlərini ortaya qoysa da, hələ də bu məsələdən narahat olanlar var. Britaniya Ticarət Palatalarının keçmiş direktoru Con Lonqvort ofisin xüsusilə gənc işçilər üçün zəruriliyini vurğulayanlardan biridir: “İşəgötürənlər bilirlər ki, evdən işləmək populyardır, lakin şəxsi qarşılıqlı əlaqənin nə qədər vacib olduğunu da bilirlər. Gənclərin inkişafı, yaradıcı ideyalar, interaktiv iş və bir çox işlərin uzaqdan həyata keçirilə bilməyəcəyi üçün ofisdə işləməyin də öz üstünlükləri var”.