

İngiltərədə həyəcan siqnalı
Bunun üçün cəmi 9 şərt və 3 üsul var
HİV müalicəsində yeni mərhələ
Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...
Çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içmək ....
105 litr qan yandırılıb
Kanadalı alimlər insanların səs qeydlərindən istifadə edərək yüksək qan təzyiqi olaraq da bilinən hipertoniyanı təsbit edə bilən yeni süni intellektə əsaslanan bir üsul tapdıqlarını açıqladılar.
Kanadada “Klick Labs” tərəfindən aparılan araşdırmada iştirak edən 245 nəfərdən alimlərin hazırladığı mobil proqramda 2 həftə ərzində gündə 6 dəfə səslərini qeyd etmələri istənilib.
Təcrübədə tədqiqatçılar yüzlərlə səs biomarkerini təhlil etmək üçün süni intellekt alqoritmlərindən istifadə ediblər ki, bu da onlara insan qulağının ayırd edə bilmədiyi səs məlumatlarını, məsələn, səsin yüksəkliyindəki dəyişkənliyi xarakterizə edən məlumatları çıxarmağa imkan verir. Bildirilib ki, mobil tətbiq hipertoniyanı qadınlarda 84 faizə, kişilərdə isə 77 faizə qədər dəqiqliklə müəyyən edir.
“Biz hipertoniyanı aşkar etmək üçün daha əlçatan bir üsul kəşf etdik. Ümid edirik ki, texnika bu ümumi qlobal sağlamlıq probleminə daha tez müdaxilə etməyə imkan verəcək”, - tədqiqatın aparıcı müəllifi Yan Fossat bildirib.
Araşdırmanın təfərrüatları “IEEE Access” jurnalında dərc olunub.