vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
10:49 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarici donorlarla bağlı qadağa ləğv edildi

Hökumətdən QHT-lərlə bağlı daha bir mühüm addım

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabineti «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası»nda dəyişikliklər edib. APA-nın məlumatına görə, bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri («Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

Dəyişikliyə əsasən öncədən Maliyyə Nazirliyinə müraciət edərək qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib.

İndiyə qədər Maliyyə Nazirliyi hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatları təqdim edib. Bundan sonra isə qrant müqaviləsi bağlandıqdan sonra qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və qrant müqaviləsinin qeydə alınması proseduru paralel həyata keçiriləcək. Başqa sözlə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində «bir pəncərə prinsipi» üzrə kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə Ədliyyə Nazirliyinə (əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət ediləcək. Ərizəyə qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi, qrantın maliyyə-iqtisadi əsaslandırılması, sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə ediləcək. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı olan Ədliyyə Nazirliyi onların tamlığını, donorun bu Qaydada göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərəcək.

Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılacaq və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin ediləcək. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edəcək.

Prosedurun dəyişməsi ilə paralel olaraq Maliyyə Nazirliyinin xarici donorlara qrant vermək hüququ verməsi müddəti də azaldılıb. Başqa sözlə, Qaydaya əsasən indiyə qədər Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılıb. Dəyişikliyə əsasən Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların daxil olduğu gündən 7 gün müddətində baxılacaq. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti də 15 gün deyil, artıq 7 günədək uzadılacaq.

Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanlarının münasibət bildirə bilməsi ilə bağlı müddət da ləğv edilib. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 iş günü müddətində bu barədə müraciət etmiş xarici donora və ya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab ediləcək.