vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
14:25 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Proqnozları alt-üst edən hərrac

Dövlət istiqrazlarına maraq kəskin artıb

Qadir İBRAHİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105002759 ISIN kodlu, tədavül müddəti 728 gün olan 20.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

AZ0105002759 ISIN kodlu dövlət istiqrazları üzrə səhmdarlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 43.6 milyon manat olub Yəni tələb təklifi düz 2,2 dəfə üstələyib.

Maliyyə Nazirliyi tərəfindən 20.00 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0442 (gəlirlilik 7.9756 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 9 fevral 2021-ci ildir.

Bir qədər öncə bəzi ekspertlər orta müddətli dövlət istiqrazlarına maraq azaldığını və getdikcə azalacağını proqnozlaşdırırdılar. Səbəb kimi isə devalvasiya riskinin yüksək olmasını göstərirdilər. Ancaq dünənki hərrac bu proqnozları alt-üst etdi.

Bir qədər əvvəl Mərkəzi Bankın sədri yaxın gələcəkdə devalvasiya risklərinin mümkün olmadığını bəyan etdi: “Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Hazırda Maliyyə Nazirliyi tərəfindən milli valyutada buraxılan 1-3 illik dövlət istiqrazları təqribən 7-9 faiz gəlirliliklə yerləşdirilir. Eyni zamanda, kommersiya banklarının manatla qəbul etdiyi əmanətlərin gəlirlilik dərəcəsi 7-9 faiz, xarici valyutada isə təqribən 1-3 faiz civarındadır. Düzdür, əmanətlər üzrə faizlərin konkret dərəcəsi müxtəlif amillərdən asılıdır. Ancaq əsas məsəl devalvasiya riskidir ki, o da yaxın gələcəkdə gözlənilmir.

Bu və son iki il ərzində manatın məzənnəsinin sabit qalması Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarını alan investorlara banklarda xarici valyutada 1-3 faiz gəlirliliklə yerləşdirəcəkləri əmanətlərlə müqayisədə daha çox (təqribən 5-6 faiz) gəlir əldə edilməsinə şərait yaratmaqdadır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, bir çox hallarda əhalinin banklarda əmanət olaraq yerləşdirdiyi sərbəst vəsaitlər nəticə etibarilə dövlət istiqrazlarına yatırılır.

Tendensiyaların təhlili dövlət istiqrazlarına marağın getdikcə artacağını proqnozlaşdırmağa əsas verir.