

“Dinc əhalinin həyatda qalmaq üçü cüzi imkanları belə hücuma məruz qalır”
Quterreş: “Korporasiyalar bank hesablarını dolduqca dünyamızın təbii hədiyyələri boşaldılır”
Gender bərabərliyi, feminizm və zərif cinsin nümayəndələrinə qarşı zorakılıq
Qurum edamların dərhal dayandırılmasını tələb edir; missiya yaradılır
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı həyəcan təbili
Qurum “sülh”ə çağırmaqdan başqa heç bir işə yaramır
Tehran atılacaq ciddi addımların təhlükəsinin fərqindədir
Aİ dünyadan təcrid edəcəyini deyir, NATO zəif görməməyə tövsiyə edir
BMT baş katibi: “Həyatımızın mübarizəsindəyik və məğlub oluruq”
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
İranın BMT komissiyasından qovulması tələb edilir
BMT-dən həyəcan təbili
Bayden Ərdoğanın fikrini təkrarlayıb
Təhlükə bütün dünyanı təhdid edir, BMT isə susur
Rusiya-Ukrayna arasında bağlanan sazişin mürəkkəbi qurumadan Odessa limanı bombalandı
Ukrayna və Rusiya Türkiyədə taxıl sazişi imzaladılar
BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada hər 5 nəfərdən ən azı birinin iş yerində zorakılıq və təzyiqə məruz qaldığını açıqlayıb. BƏT-in hazırladığı, 121 ölkədən 15 yaşdan yuxarı təxminən 75 min əməkdaşın sorğulandığı “İş yerində zorakılıq və təcavüz təcrübələri: Birinci Qlobal Sorğu” adlı hesabatda iş yerlərində yaşa, cinsə və bölgələrə görə pis rəftara məruz qalanların statistikası açıqlanıb.
Hesabatda hər 5 işçidən ən azı birinin (təxminən 23 faiz) iş yerində fiziki, psixoloji və cinsi zorakılıq və ya təcavüzə məruz qaldığı bildirilir.
Müsahibədə iştirak edən kişi və qadın işçilərin 17,9 faizi psixoloji zorakılığa və təzyiqə məruz qalıb.
İşçilərin yüzdə 8,5-i fiziki zorakılığa və təcavüzə məruz qaldığı halda, kişi işçilər bu vəziyyəti daha çox yaşayıb.
Hesabatda rəyi alınan işçilərin 6,3 faizi, xüsusən də qadınlar cinsi zorakılığa və təcavüzə məruz qalıb.
İş yerində zorakılıq və təqib halları ən çox ABŞ-da olub. İkinci yerdə isə Afrika qərarlaşıb.
BƏT-in İdarəetmə, Hüquqlar və Dialoq üzrə Baş Direktorunun köməkçisi Manuela Tomei hesabat şərhində “İnsanların iş yerlərində bir dəfə deyil, bir neçə dəfə zorakılıq və təzyiqə məruz qaldıqlarını bilmək çox ağrılıdır”, – deyə bildirib.
Tomei “Ölkələr arasında psixoloji zorakılıq və təcavüz ən çox yayılıb. Xüsusilə qadınlar cinsi zorakılığa məruz qalırlar”, – deyib.