vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AİLƏ  
19:54 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 saniyəlik fasilə

Psixoloqlardan mübahisə edən cütlükləri xilas edəcək qızıl qayda

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Psixoloqlar cütlüklər arasında mübahisələrdə gərginliyi azalda bilən 5 saniyə qaydasını müəyyən ediblər. Şotlandiyada St Endryus Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, mübahisə zamanı 5 saniyəlik fasilə vermək gərginliyin artmasının qarşısını alır.

“Communications Psychology” jurnalında dərc edilən araşdırmada 104 cütlüyün aqressivlik səviyyələri akademiklər tərəfindən hazırlanmış rəqabət oyunu ilə araşdırılıb.

Oyunda iştirakçılar istədikləri həcmdə partnyorlarına narahatedici səs göndərə bilərdilər.

30 raunddan ibarət olan oyunda cütlüklərin mübahisə etməyə başladığı müxtəlif vaxtlarda 5-15 saniyəlik fasilələr verilirdi.

İştirakçıların emosional reaksiyaları qabaqcıl süni intellekt texnologiyaları, həmçinin mikrofonlar və 360 dərəcə bucaqlı kameralar vasitəsilə təhlil edilib.

Tədqiqatçılar oyun zamanı cütlərin aqressivlik səviyyələrinin getdikcə artdığını və bir-birlərinə yaxınlaşdıqlarını müşahidə ediblər. Lakin müəyyən edilib ki, 5 saniyəlik fasilələr bu sxemi pozub və qarşılıqlı aqressivliyin səviyyəsini aşağı salıb.

Tədqiqatlar Anna MakKüri (Annah McCurry), Robert May və David Donaldsonun nəzarəti altında həyata keçirilib. “Bu, cütlüklərin eskalasiya riskini daşıyan adi mübahisələri idarə etməkdən ibarətdir”, – deyən MakKürri əlavə edib ki, “test aşağı səviyyəli münaqişələr üçün etibarlıdır və fasilələr mübahisənin intensivliyinin artmasının qarşısını alır”.

Alim qeyd edib ki, bu, ilk dəfədir ki, belə bir təcrübə aparılır: “Cütlükləri 5 saniyəlik fasilə verməyə məcbur etmək 10 və ya 15 saniyəlik fasilə qədər təsirli idi. Bu onu göstərir ki, hətta ən qısa fasilələr də mübahisəni aradan qaldırmağa kömək edə bilər”.

Metodun gündəlik işlərdə tətbiq oluna biləcək sadə bir üsul təqdim etdiyini ifadə edən alim, “bu, cütlüklərin psixoloq terapiyasından daha ucuzdur”, – deyib.