«Onlar hamısı rusca danışır»
Jirinovski: «Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jirinovski öldü
Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı
-
Jirinovski “yenə” niyə öldü?!
... Yaxud siyasi oyunbazın, siyasi oyuncağı
-
Jirinovski Türkiyəyə gedir
Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün …
-
“Heç nə alınmayacaq”
Jirinovski: “Ermənilər Paşinyanı gətirdiklərinə peşman olacaqlar”
-
“İrəvan quberniyası yaransın”
Jirinovski: “Ermənilər daha betər hakimiyyət alacaqlar”
-
Jirinovskinin alimlərdən gülməli istəyi
RLDP sədri Moskvadan İrəvana metro xətti çəkməyi təklif etdi
-
«Hər şeyi açıb danışa bilmərəm»
Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı
-
Namizədlərin debatında insident
Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atdı
-
Kremlin zəhər dilindən növbəti hədə!
Rusiya Jirinovskinin acı ağzı ilə Avropanı və postsovet ölkələrini təhdid etdi
-
Başımız üstündəki kabusdan necə qorunmalı?
Asanca «Krılovun quzusu»nun vəziyyətinə düşə bilərik!
-
Dugin bizi hara çəkir?
Akademik karyerası şübhəli olan filosofun «dördüncü ideologiya» ilə bağlı fikirləri də cəfəngiyyatdır
-
Jirinovski Sobçakın həbsini istədi
«O, beş il müddətinə ...»
-
Putinin Azərbaycan planları Jirinovskinin dilində
Kremlin SSRİ-ni «diriltmək» layihəsi yeni qiyafədə; LDPR liderini danışdıranlar kimlərdir?...
-
Jirinovski Sərkisyan kimi danışdı
«Dağlıq Qarabağ probleminin həlli yoxdur»
-
«Yaqlanda fikir verməyin, ...»
Jirinovskidən Bakıya məsləhət: «Ona deyin ki, ...»
-
«Hər şeyi edəcəyəm ki, ...»
Jirinovski ermənilərin yanına getdi və...
Vladimir Jirinovski Qarabağ münaqişəsi üzrə yeni bəyanatla çıxış edərək, Azərbaycanla Ermənistana Rusiyanın tərkibinə daxil olmağı təklif edib.
«Bu məsələdə kənar hakim lazımdır – bu isə yalnız Moskva ola bilər, çünki onlar hamısı rusca danışır. Analoji münaqişələr Dnestryanıda, Abxaziyada və Cənubi Osetiyada da var. Bu dörd yer imperiya, yaxud SSRİ tərkibində olanda problem yox idi, elə ki ayrıldılar, problemlər peyda oldu. Biz əminik ki, SSRİ-nin sərhədləri könüllü, referendumlar yolu ilə bərpa edilməlidir, bütün keçmiş respublikalar Rusiyanın tərkibinə daxil olmalıdır, bax onda sülh olacaq, bütün yerli münaqişələr tənzimlənəcək, nəhəng dövlətin bütün xalqları sakit, sabahkı günündən qorxmadan yaşaya biləcəklər», - Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı deyib.
Xatırlatmaq yerinə düşər ki, dünən «Dəyişən dünyada inteqrasiya prosesləri» mövzulu panel müzakirələrində çıxış edərkən Jirinovski bildirmişdi ki, «Azərbaycanın Qarabağ problemi hələ uzun illər qalacaq».
«Azərbaycan və Ermənistan deyərkən biz anlamalıyıq ki, onların heç bir şeyin həll edilməsi mümkün olmayan ərazisi var. Mən Azərbaycanı salamlayıram. Lakin onların problemi hələ uzun illər qalacaq», - Jirinovski demişdi.
Bundan öncə isə Azərbaycanı Müstəqillik günü münasibətilə təbrik edərkən elə həmin Jirinovski «Moskva-Bakı» nəşrinə bunları söyləmişdi: «26 il ərzində dövlət çox şeyə nail olub. Azərbaycan Qafqazın ən uğurla inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib, ölkə rəhbərliyi həm şimal qonşusu olan Rusiya, həm də cənub qonşusu olan Türkiyə ilə gözəl münasibətlərdədir. Azərbaycan tam haqla özünü və öz maraqlarını müdafiə etməyə qabil güclü, müasir dövlətdir və mədəniyyətini, əcdadlarının adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, yeniliklərə açıqdır».