vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
11:29 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin Azərbaycan planları Jirinovskinin dilində

Kremlin SSRİ-ni «diriltmək» layihəsi yeni qiyafədə; LDPR liderini danışdıranlar kimlərdir?...

Tofiq ABBASOV, araşdırmaçı-jurnalist

MÖVZU İLƏ ƏLAQƏLİ

Postsovet məkanında kök salmış «Kim ki SRRİ-nin süqutuna sevinir, onun ürəyi, kim ki onun bərpasını arzulayır, onun başı yoxdur» kəlamı, belə görünür, Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskiyə rahatlıq vermir. Onun timsalında imperiyanın bərpasına yönəlik, sağlam məntiqə yox, onun ziddinə olan çağırışlar göstərir ki, Jirinovskinin səylərinin mahiyyəti yalnızca müdrikliyin gündəlik redaktəsini dəyişmək istəyi ilə məhdudlaşmır. Belə görünür, bu vurnuxmaların altında daha ciddi mətləblər yatır.

Dağlıq Qarabağ konfliktinin mahiyyəti haqda yeri gəldi-gəlmədi danışan Jirinovski bu dəfə iddia edib ki, bəs, «Qarabağ problemi ərəblərlə yəhudilərin Qüds (yəhudilər Yerusəlim adlandırır - red.) mübahisəsini xatırladır və azərbaycanlılar və ermənilər onu heç vaxt həll edə bilməyəcəklər». Elə buradan da onun «üçüncü tərəfi» prosesə qoşmaqla bağlı çoxmənalı qənaəti hasil olur.

Təbii ki, hansı «üçüncü tərəf»in nəzərdə tutulduğunu anlamaq üçün ön görücü olmağa ehtiyac yoxdur. Tamamilə aydındır ki, bu - bir həftə qabaq işğalçı Ermənistanı daha da silahlandırmaq göstərişi verəndir. O «üçüncü tərəf» ki, Ermənistanın qismində regional əmin-amanlığın pozucusunu yox, daim dəstəyə ehtiyacı olan fiqurantı görür.

Jirinovski - xüsusi intellekt yiyəsi deyil. İntellekti, ağlı olan və gözləntilərlə gələcəyə köklənən adamlar toplumun həyatında təkamülün rolunu tək və geridönməz proses kimi yaxşı anlayırlar. Vladimir Volfoviç isə özünün individualizmi ilə keçmişdə ilişib qalıb. Sözgəlişi, özünün bu eksklüzivini o, bütün bəlalara qarşı sanki bir anti-zəhər qismində, «intellektual bəhrəsi» olaraq təqdim edir.

Gerçəkdən də iddia eləmək ki, guya «Rusiya imperiyasının və SSRİ-nin tərkibində dəqiq sərhədlər olmayıb və administrasiya heç bir önəm daşımayıb, ermənilər Bakıda, azərbaycanlılar Ermənistanda yaşayıblar, sonra isə hər şey ona görə baş-ayaq olub ki, sərhədlər və ayrı-ayrı dövlətlər peyda olub», Jirinovski bununla nəinki müasirlərə, həm də tarixçilərə qaba bir şəkildə meydan oxuyur.

Artıq bəxti bağlanmış bir imperiyanın bərpası layihəsi üçün ideoloji baza düzəldən bu siyasətçi mütəmadi şəkildə Dağlıq Qarabağla bağlı anlaşmaların iflas olacağını anons edir və yenə hesab edir ki, bu məsələdə xarici arbitr lazımdır və həmin rola da təkcə Moskva dartır, çünki konflikt zonasında hamı rusca danışır.

Hardasa onunla razılaşmaq olar. Məsələn, o, hesab edir ki, Dnestryanı bölgədə, Abxaziyada, Cənubi Osetiyada və Qarabağda imperiya və SSRİ dönəmlərində problemlər olmayıb və ölkələr ayrılan kimi dərhal ixtilaflar ortaya çıxıb. Bu, həqiqətən də belədir. Ancaq müştəri yüz faiz sözünü axıradək demir ki, vaxtilə sakit olan regionlarda odlu qasırğalar kimin günahı ucbatından tüğyan eləməyə başlayıb və «qaynar nöqtələr»in yaradılması kimə sərfəli olub.

Sonra. Jirinovski hansı vəchlə Qarabağ problemi ilə Fələstin-İsrail probleminin oxşar olduğunu iddia edir? Ümumiyyətlə, Qüdsün bura nə dəxli? Bu - tamamilə müqayisəyə gəlməz beynəlxalq problemlərdir. Əgər iki ixtilafı bir-birinə nəsə doğmalaşdırırsa belə, bu da fövqəldövlətlərin və beynəlxalq institutların açıq-aşkar zəmin ola-ola, nizamlamanın alqoritmini hazırlamağa aşkar şəkildə həvəsli olmamasıdır.

İş də ondadır ki, imperiya qüvvələrinin suçu üzündən təxminən yeddi onillikdir ki, Yaxın Şərqin ərəbləri və yəhudiləri iztirab çəkirlər. Üç onilliksə Dağlıq Qarabağ və onun ətrafında yaşayan dinc əhalinin əzabları bitmək bilmir. Halbuki, gərginlik ocaqları üzrə əlverişli sövdələşmə ustalarının qüsurlu əllərini kəsmək kifayətdir ki, xalqlar asanca anlaşsınlar.

Burdaca türk-erməni çəkişmələrini, - hansıların tarixi ki, Jirinovskinin tərənnüm elədiyi böyük imperiya dövründən qaynaqlanır, - necə yada salmayasan?! Məhz çar yuxarıları yurdsuz qaraçı kütləsini qulağından tutub regiona gətirməklə Qafqazda etnik və dini qətliamın təməlini qoyub.

Nahaq yerə səfirlik əmirinin başçısı, ölməz intellektual Aleksanr Qriboyedev üç yazılı müraciətnaməsində padşah-dədəni ağla gətirmək istəmirdi ki, ermənilərin zorla müsəlman torpaqlarına köçürülməsi yaxşı sonluqla bitməyəcək. Mədəni sürgündə olan dramaturq və mütəfəkkirin bu dürüstlüyünün sonu isə intriqa və təxribatlar, kələklər nəticəsində pis qurtardı - hansıların izləri ki, mərkəzə apardırdı. Bu - tamamən ayrı bir əhvalatdır, fəqət, Qarabağ dilemmasının xronikasına birbaşa dəxli var.

Hər şeyin həqiqi vəziyyətindın yaxşı xəbərdar olan LDPR lideri isə SSRİ-ni öz sərhədlərində, könüllü şəkildə, referendumlar vasitəsilə bərpa eləməyə çağırır ki, çıxıb gedənlərin hamısı Rusiyanın tərkibinə qayıtsın. Məhz o vaxt onun təfəkkürüncə, sülh və dinclik bərqərar olacaq və bütün münaqişələr nizama salınacaq.

Ağıldan uzaq düşən Jirnovski bu zaman qorxutmanın yumşaq formasından istifadə edir və bununla çoxmənalı şəkildə Kremlin ədəbli əhvalına işarə edir. Ancaq Kremlin vəkili qismində çıxış edərkən tez-tez dil-psixoloji qırıqlığa uğrayır.

Amma cəmi bir neçə ay öncə o, Azərbaycanı baş tutan dövlət adlandıraraq, birnəfəsə ölkənin uğurlarını sadalamış, Heydər Əliyev və onun varisi İlham Əliyevin xidmətlərinə yüksək qiymət vermişdi. Eyni şeyi Qazaxıstan və onun lideri Nursultan Nazarbayev, Belarus və onun lideri Aleksandr Lukaşenko, həmçinin, digər ölkələr haqda səsləndirmişdi. İndi isə soyuqqanlıqla və həyasızcasına əqrəbləri imperiya egidası altında virtual dirilmənin qütbü tərəfə çevirir.

Vladimir Jirinosvkinin çağırışları sanki ağıldankəmlərlə iş üzrə dərslikdəndir. Bu çağırışlar o dərəcədə məntiqə dözümsüzdür ki, hətta «6 nömrəli palata»nın (ruhi xəstəxanaya işarədir - red.) illüzionistlərinin döyüş komplektini xatırladır.

Jirinovskinin dövlətçi-qurucu rolu üçün tamamən yararsız olduğunu sübut etməyə lüzum yox. Ancaq qalmaqallı siyasətçini reallıqlardan uzaq dəhşətli araşdırmaların spouksmeni qismində istismar edənlər hansı mülahizələri rəhbər tutur bəs? Doğrudanmı aydın deyil ki, bu cür ideya və hədəflər psevdo-innavasion çərçivədə özündə yalnız köhnəni ehtiva edir? İnanmaq istəmirsən ki, yüksək dəhlizlərdə neo-müstəmləkəçilik ovqatı möhkəmlənir və qaçılmaz obyektiv prosesləri geri döndərməyi planlalaşdıran siyasi romantiklər indiyədək də dəyişməyiblər.