vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
22:14 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ruhdan salmaq lazım deyil»

Ramin Musayev: «Həmin pulu ora verincə, çempionata 2 komanda buraxarıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev «Apasport»a müsahibə verib. VAXT.az həmin müsahibəni oxucularına təqdim edir:


- Premyer Liqanın 9-cu turunda «Qəbələ» öz meydanında «Qarabağ»a 1:0 hesabı ilə qalib gəldi. Sərgilənən oyun və qeydə alınan nəticə sizin üçün gözlənilən idimi?

- İstənilən görüşdən hər şey gözləmək olar. Hər iki məşqçinin gücünü və yığdıqları heyəti tam bilirik. Buna görə də gözləyirdim.

 

- Son nəticələrin ardından «Qəbələ» «Qarabağ»a çatdı, «Zirə» onlardan cəmi 1 xal geri qalır. Çempionatdakı rəqabət ürəyinizcədirmi?

- Ürəyimizcə olmalıdır. Rəqabət nə qədər çox olsa, çempionat bir o qədər maraqlı keçər. Buna görə də, sözsüz ki, ürəyimizcədir. Amma bu o demək deyil ki, hansısa komandanın uduzmasına və ya qalib gəlməsinə sevinirik. Hər şey öz axarı ilə gedəndə yaxşı olur.

 

- «Neftçi»yə məsləhət gördüyünüz Tərlan Əhmədovun gəlişindən sonra komanda ardıcıl 3 oyundur qələbə qazanır. Əhmədovun «Neftçi»ni uğursuzluq sindromundan çıxardığını demək olarmı?

- Hələ bu haqda fikir bildirmək çətin olar. Bunu demək üçün tezdir. Allah qoysa, bu suala dəqiq cavabı mayda verəcəyik. Tərlan Əhmədov bir neçə il öncə də «Neftçi»yə gedəndə söhbət olmuşdu, məsləhətləşmişdik. Onda da demişdim ki, Tərlan yaxşı məşqçidir. Bu dəfə də belə oldu. Təsadüfən «Neftçi» rəhbərliyi ilə bir yerdə olanda bu barədə söhbət düşdü. Artıq o vaxtkı məşqçiləri ilə yolları ayırmaq fikirləri var idi. Sözsüz ki, yerli məşqçilərimizə daha çox qiymət və imkan verilməlidir. Söhbət zamanı Tərlanın gözəl məşqçi olduğunu, yaxşı çalışdığını söylədim. Bundan əvvəl AZAL-da da öz işini göstərib. Az büdcə qarşılığında komanda istədiyi oyunu göstərə bilirdi. Həmin vaxt AZAL-da büdcə çox aşağı idi. Buna baxmayaraq, komanda oyun göstərə bilirdi. Mənim də «Neftçi» rəhbərliyi ilə Tərlan müəllim haqda fikirlərimiz üst-üstə düşdü. Gətirdilər, Allah utandırmasın.

 

- Vaxtilə Qurban Qurbanov da sizin məsləhətinizlə «Qarabağ»a təyin edildi və olduqca uğurlu alındı. Necə düşünürsünüz, Tərlan Əhmədovun təyinatı da eyni effekti verəcəkmi?

- Düşünürəm ki, uğurlu alınacaq. Çünki Tərlan məşqçi kimi artıq sözünü deyib. Sadəcə, ona dəstək olmaq lazımdı. Bu dəstəyi də ən çox azarkeşlər və mətbuat göstərməlidir. Onu ruhdan salmaq lazım deyil. Qurban Qurbanov, Tərlan Əhmədov kimi məşqçilərimiz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Öz sözlərini demiş mütəxəssislərdi. Onlar haqda əlavə nəsə fikir bildirməyə ehtiyac yoxdur. Sadəcə, onlara inanmaq, şərait yaratmaq və kömək olmaq lazımdı.

 

- «İnter»in adının «Keşlə» olması yəqin ki, sizin də ürəyinizcə oldu...

- Bu, Rövnəq Abdullayevin fikri idi. Həmin vaxt söhbət təkcə «İnter»dən getmirdi. Azarkeşləri stadionlara gətirməyin yollarını düşünürdük. O zaman Rövnəq müəllim dedi ki, hər iki rəqib Bakını təmsil edirsə, azarkeş kimə dəstək olmalıdı? Ancaq konkret bir zonanı təmsil etsə, daha yaxşı olar. «Şüvəlan» komandasının tam qane etməsə də, azarkeşləri var. İndi görəcəksiniz, «İnter»in adı «Keşlə» olandan sonra keşləlilər o komandanı dəstəkləyəcəklər. Bilirsiniz ki, Keşlə tarixi yerdi, Bakının bir qəsəbəsidi və xeyli əhalisi var. İnanıram ki, onlar komandaya dəstək olacaqlar. Əfsuslar olsun ki, Rövnəq müəllim vaxtilə bu fikri irəli sürəndə bəzi klub rəhbərləri ideyaya başqa cür yanaşdılar. Düşündülər ki, onlarda Bakı adının olmasını istəmirik. Ancaq adı yox, keyfiyyəti fikirləşmək lazımdı.

 

- Klublarda gah stadion, gah da başqa problemlər ortaya çıxır və bu, təqvimdə dəyişikliyə səbəb olur. Bu dəyişikliklər sizi yormur?

- İş naminə və klubları fikirləşib köməkliyimizi göstərməliyik. Bu bizim iş borcumuzdu. Təqvimdə dəyişiklik əsasən stadionla bağlı olur. İstərdik ki, komandalar gözəl oyun nümayiş etdirsinlər. Keçən mövsüm klubların əksəriyyəti Gəncə stadionundan narazılıqlarını bildirirdilər. Sağ olsun, həm AFFA, həm də digər klublar, həm də Gəncə şəhər rəhbərliyi. Doğurdan da, gözəl stadion alındı. Futbolçular artıq orda öz sözlərini deyə, istədikləri oyunu göstərə biləcəklər. Bunun nəyi pisdir? Əziyyət olsa da, işimiz naminə bunu etmək xoşdur.

 

- Azərbaycan kubokunun final matçının harda keçiriləcəyi bəllidirmi?

- Sözsüz ki, bölgədə olacaq. 

 

- Gəncədə ot örtüyü də dəyişdirilib. Final matçının ora salınması mümkündürmü?

- Tək ot örtüyü bəs etmir axı. Gərək stadionun işıqlandırılması da olsun. Finalın baş tutacağı tarixdə - mayın 28-də hava isti olur. Saat 3-4-ə oyun salsaq, futbolçuları sıxmış olarıq. Onlara mane ola bilmərik. İsti havada necə oynasınlar? Hazırda bölgələrdəki stadionların işıqlandırılması məsələsini götür-qoy edirik. Elə stadion seçməliyik ki, işıqlandırılma yüksək səviyyədə olsun.

 

- Artıq Türkiyə çempionatında da videotəkrarı sınaqdan keçirmək qərarına gəliblər. Bu sistem yaxın müddətdə Azərbaycana da gəlib çıxa bilərmi?

- Maddiyyatla bağlı inanmıram. Çünki bunun üçün böyük pul tələb olunur. Həmin pulu ora verincə, çempionata 2 komanda buraxarıq.

 

- PFL-ə rəhbərlik etdiyiniz müddətdə sizin üçün ən maraqlı mövsüm hansı olub?

- (gülür). Maraqlı mövsüm çox olub. Ancaq maraqlı mövsüm çempionluq son anda bilinəndə olur. «İnter»in son anda çempionluğu bayram etdiyi 2009-10 mövsümünü xatırlayıram. Həmin mövsüm oturub gözləyirdik ki, çempion kim olacaq? «İnter» çempion oldu və 15 dəqiqəyə özümüzü stadiona çatdırdıq ki, kuboklarını verək.