Ramin Musayevi qoruyaq!
O, nəinki tənqid edir, hətta ələ də salır...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
Jurnalistin AFFA prezidenti Rövnəq Abdullayevi tənqid etməsinə nə var ki... Elə hansısa futbol mütəxəssisinin də AFFA-nın fəaliyyətinə irad tutmasında qeyri-adi heç nə yoxdu. Ancaq Rövnəq Abdullayevin öz kadrının, öz əliylə çörək verdiyi şəxsin onu tənqid etməsi...
Dayanın! Dərhal bu insanı «xain», «çörəyi dizinin üstündə olan adam» kimi xarakterizə edəcəksiz. Bələdəm də xasiyyətinizə. Amma o nə xaindi, nə də çörəyi dizinin üstündə olan adam. O, əsl vətənpərvərdi. Azərbaycan futbolunun inkişafını istəyən insandı. Bu istəyi hətta Rövnəq Abdullayevdən aldığı bir tikə çörəyə də qurban verməyən şəxsdi o. O adam Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdi.
Tam əminliklə deyirəm ki, Ramin müəllim Azərbaycanın futbol təsərrüfatının ən böyük müxalifətçisidi. O, bu təsərrüfatın dissidentidi. Hansısa jurnalistin, futbol mütəxəssisinin Rövnəq Abdullayevi tənqid etməsi qəhrəmanlıq deyil. Qəhrəmanlıq Abdullayevin ən yaxın adamı ola-ola, əlindən çörək ala-ala onu tənqid etməkdi. AFFA prezidentini tənqid edən jurnalistlər var ha, onlara vəzifə verilsə, Rövnəq Abdullayevi tənqid edərlər? Tövbə! Ramin Musayev isə nəinki tənqid edir, hətta ələ də salır Rövnəq Abdullayevi. Birinci divizionun qalibi olan «Neftçala»nın mükafatlandırma mərasimində Ramin Musayevin tarixi çıxışından sitat: «Dünya futbolunda belə bir şey olmayıb ki, hansısa bir klub iki il ard-arda divizion çempionu olsun. «Neftçala» iki il çempion olmaqla dünya futbolunda rekord vurdu».
Siz elə bilirsiz ki, Ramin Musayev futbolu bilmədiyi, başqa ölkələrin çempionatından xəbərsiz olduğu üçün belə danışıb? Yanılırsız! Musayev futbolu da gözəl bilir, başqa ölkələrin çempionatlarından da xəbərdardı. Oralarda birinci divizionda bir komandanın niyə iki il ardıcıl çempion ola bilməməsindən də agahdı. Adam belə deməklə «Yalnız Rövnəq Abdullayevin rəhbərlik etdiyi futbol təsərrüfatında birinci divizionun komandası iki il ardıcıl çempion ola bilər» deyib. O, bu fikirləriylə Abdullayevin fəaliyyətini ələ salıb, futbolumuzun əsas bəlasının kim olduğunu göstərib.
Ramin Musayev dissidentdi. Düzdü, mən Musayevin dediklərini deşifrə etməklə, onu pis vəziyyətdə qoydum (güman edirəm ki, Rövnəq Abdullayev bu xidmətimi nəzərə alar). Bilirəm ki, Rövnəq Abdullayev buna görə onu bağışlamayacaq. Ola bilsin ki, daha ona əz əliylə çörək də verməyəcək. Amma əminəm ki, qədirbilən Azərbaycan xalqı Musayevi Rövnəq Abdullayevin təzyiqlərindən qoruyacaq. Biz futbol təsərrüfatımızın dissidentinə sahib çıxmalıyıq. Musayevi Abdullayevin qurbanına çevirsək, futbolumuza nicat yoxdu. Dissidentimizi qoruyaq!