vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
20:50 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 3660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gedin, nağılınızı yazın!

... Yaxud Azərbaycan futbolunun bəlalarının əlifba sırası ...

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan futbolunun hansı durumda və necə idarə olunduğu barədə kiməsə nağıl danışmağa ehtiyac yoxdu ki. Hər kəs hər şeyi görür. Ancaq buna baxmayaraq, nağıl danışmaq həvəsində olanlar hələ də var. Bu nağılçılar Azərbaycan futbolunun problemlərindən, bu problemi yaradan bəladan danışırlar. Amma əsas səbəbkarı kiçiltməklə. Nağılçılar Azərbaycan futbolunun əsas bəlası kimi AFFA-nın baş katibi Elxan Məmmədovu təqdim edirlər. Bu nağılçılar saxta tarixçilərlə müqayisə olunar ancaq. Bəli, Elxan Məmmədov Azərbaycan futbolunun bəlasıdı. Ancaq əsas bəlası yox. Azərbaycan futbolunun əsas bəlası AFFA-nın prezidenti Rövnəq Abdullayevdi. Nağılçılar Azərbaycan futbolunun bəlasını kiçiltməklə, əsas bəlaya bəraət qazandırırlar, onu qoruyurlar. Deməli, nağılçılar həm də özləri bəlaya çevrilirlər. Azərbaycan futbolunun bəlasına.

Özləri bilərlər. Amma onu bilmələri vacib ki, indi zəmanə nağıllara inanmalı zəmanə deyil. İndinin uşaqlarını da nağılçıların yazdıqları nağıllara inandırmaq mümkünsüzdü. Axı sən hansı uşağı inandıra bilərsən ki, birinci divizionun qalibi olan «Turan Tovuz»un yerinə «Səbail»i Premyer Liqaya baş katib pərçim edib? Söhbət o «Səbail»dən - Rövnəq Abdullayevin oğlunun komandasından gedirsə, nağılçıların prezidenti qoyub, baş katibi ittiham etməsi, belə, bir qədər əcaib görkəm yaradır ey. Elə nağılın da, nağılçının da.

Dədə balası, Rövnəq Abdullayevi tənqid edə bilmirsizsə, etməyin də. Buna görə sizi heç kim ittiham etməyəcək. Amma o boyda bəlanın da bəlalarını baş katibin çiyninə yükləmək şarlatanlıqdı axı. Yaxşı, deyək ki, sabah Elxan Məmmədov baş katib postundan getdi... Düzələcək Azərbaycan futbolu? Yox! Bunu özünüz də bilirsiz axı. Onda, utanmayacaqsız?

Azərbaycan futbolunun bəlalarını əlifba sırasına görə yox, yekəliyinə görə sadalayıram: Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov. Di, gedin, nağılınızı yazın!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)