vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
11:44 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının ən aktiv nənələri bir arada

«Active Grandmas Club» nənələr birliyi yeni mövsümə başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi»nin nəzdində fəaliyyət göstərən «Active Grandmas Club» nənələr birliyi yeni mövsümün ilk tədbirini keçirtdi. Sərin noyabr ab-havasında «Səfalı axşamlar» layihəsi adı altında toplanan nənələr bir – biriləri ilə tanış oldular. Müxtəlif peşə sahibləri olan xanımların enerji dolu söhbətlərindən yaranan təbəssümlər sayəsində olduqca səmimi gecə yaşandı. Həmçinin tədbir gecəmiz nənələrdən birinin 77 illiyinə təsadüf etdiyindən daha da əyləncəli əhval-ruhiyyə yarandı.

Hər zaman qlobal və aktual məsələləri gündəmə gətirən klub əməkdaşları bu dəfə nənələri yığmaqda məqsədi «Ahıl insanların asudə vaxtının təşkilinin problemi» mövzusunu müzakirə etmək idi. Bu gecədə nənələr mövsüm sonuna qədər faydalı və əyləncəli görüşlərin təməlini qoymuş oldu. Belə ki, klub əməkdaşları aktiv nənələrə müraciət edərək gələcəkdə keçiriləcək tədbirlərin necə və hansı şəkildə görmək istədikləri ilə bağlı təkliflərini dinləməyə hazır olduqlarını bildirdilər. Bununla da müzakirələr başladı. Bir- birinin ardınca gələn maraqlı təkliflər qeyd olundu. Gecədə səsləndirilən təkliflər səbəbi ilə deyə bilərik ki, mövsüm olduqca əyləncəli və faydalı keçəcək. Tədbirdə həmçinin klub əməkdaşları tərəfindən nənələr klubunun sədri seçilməsi ilə bağlı təklif də irəli sürüldü. Hər ayın ilk üç gününə təsadüf edəcək «səfalı axşamlar» layihəsi nənələrin təklif etdiyi maraqlı mövzu ilə artıq növbəti tədbir üçün tam hazırdır.

Xatırladaq ki, «Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi»nin nəzdində fəaliyyət göstərən «Active Grandmas Club» nənələr birliyi cari ilin mart ayında möhtəşəm açılışa imza atmışdı. Həmin gecədə sevimli nənələrimizə həsr edilmiş «Nənələr sağ olsun!» sosial foto-layihəsinin təqdimatı baş tutmuşdu.  Nənə - təkcə həyatı, ev işləri və qayğıları ilə məhdudlaşan ailə üzvü deyil, ətrafdakılar tərəfindən hörmət edilən insandır, onun xidmətləri ilə  uşaqları və nəvələri fəxr edə bilərlər. Bakının ən aktiv nənələri kluba dəvətlidir.

Qeyd edək ki, «Active Grandmas Club»nənələr birliyinin gələcək tarixlərdə təşkil olunacağı layihələrdən xəbərdar olmaq üçün rəsmi facebook səhifəsini

https://www.facebook.com/Active-Grandmas-Club-Baku-124422311579388/, https://www.facebook.com/groups/activegrandmasclub/ izləyə və yaxud 050 365 45 71 əlaqə nömrəsindən qeydiyyatdan keçə bilərsiniz.