vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
10:48 | 1 fevral 2014 | Şənbə Məqaləyə 2553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türklər Stokholmda etiraz aksiyası keçirdi

İsveçdə Erməni «soyqırımı» abidəsinin tikilməsi barədə qərar qəbul edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçin paytaxtı Stokholm şəhərinin Botkirka rayonunda 1915-ci il hadisələrinə dair qondarma erməni «soyqırımı» abidəsinin tikilməsi bu şəhərdə yaşayan türkiyəli və azərbaycanlı sakinlərin etirazı ilə qarşılanıb.

ANS PRESS-in məlumatına görə, süryani, assur və erməni icmasının gündəmə gətirdiyi təklif ötən gün Botkirka bələdiyyə məclisində səsverməyə çıxarılıb. Səsvermə barədə məlumat əldə edən yerli Azərbaycan və Türkiyə icmasının nümayəndələri bələdiyyə binasının qarşısında etiraz aksiyası keçiriblər. 

Bütün etirazlara baxmayaraq bələdiyyə məclisi abidənin tikilməsi istiqamətində qərar qəbul edib. 

Bildirilir ki, məclisdə səsverməyə çıxarılan təklifə 9 partiyadan 8-i dəstək verib. Bələdiyyə məclis üzvlərindən 54 nəfəri təklifin lehinə, 5 nəfər isə əleyhinə səs verib. 

Məlumata görə, 87 400 sakini olan Botkirka rayonunda 10 000 türk yaşayır.